Rusiyanın yaratdığı təşkilatlar müharibədə Putini niyə dəstəkləmir? - ÖZƏL AÇIQLAMA

Rusiyanın yaratdığı təşkilatlar müharibədə Putini niyə dəstəkləmir? - ÖZƏL AÇIQLAMA40 gündür davam edən Ukrayna müharibəsində Rusiyaya Qərb tərəfindən ağır sanksiyalar tətbiq olunur. Lakin bununla yanaşı özünə dost və qardaş dövlət hesab etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri də Rusiyaya dəstək olmadı. Meydanda tək qalan şimal qonşumuzun ən böyük dəstəkçisi isə Belarus oldu.
Bəs görəsən, KTMT ölkələri Rusiyaya niyə dəstək vermir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Fəqani Məhərrəmli cavablandırıb.
O bildirib ki, SSRİ dağıldıqdan sonra Rusiyanın yaratdığı struktur və təşkilatların heç biri effektiv fəaliyyət göstərə bilməyib:
"Bu faktın özlüyündə ciddi səbəbləri var. Rusiyanın böyük qardaşlıq iddiası, yaratdığı ittifaq və birliklərə daxil olan dövlətlərin öz aralarındakı konflikt və ərazi mübahisələri buna imkan vermir. Avrasiya İttifaqı, Belarusla birgə İttifaq dövləti, KTMT buna nümunə olar. KTMT təşkilatı yalnız bir dəfə, 2022-ci ilin yanvar ayında Qazaxıstanda baş verən xalq hərəkatı zamanı Qazaxıstan Prezidentinin müraciəti əsasında həmin ölkəyə daxil oldu. Burada əsas aparıcı qüvvə rus hərbçiləri idi və onlar həmin ərazidə 10 gündən çox qala bilmədilər. Yəni KTMT heç bir müharibədə və münaqişədə iştirak etməyib və etməsi də mümkün deyil. Çünki KTMT müdafiə təşkilatıdır və hücum təşkilatı deyil. Əgər Rusiyaya kənar dövlətin hərbi müdaxiləsi olarsa, bu barədə hansısa fikir yürütmək olardı. Lakin müharibədə Rusiya Ukraynaya hücum edib. Təşkilatın nizamnaməsinə uyğun olaraq həmin dövlətlərin bu müharibədə iştirak etməsi mümükn deyil".
Rusiyanın yaratdığı təşkilatlar müharibədə Putini niyə dəstəkləmir? - ÖZƏL AÇIQLAMAPolitoloqun fikrincə, Putin KTMT dövlətlərini Ukraynadakı müharibəyə cəlb etmək niyyətinə düşərsə, bu, həmin ölkələrdə ciddi xalq etirazları ilə qarşılana bilər:
"Həmin dövlətlərdə hakimiyyət çevrilişləri ola bilər. Çünki təşkilatın üzvü olan Taciksitan, Qırğızstan və Qazaxıstan xalqları öz əsgərlərinin Ukraynda döyüşməyinə razı olmaz. Ona görə də, Rusiya belə bir müraciəti nəzərdən belə keçirməz. Təbii ki, bəzi üzvlər gizli şəkildə Rusiyaya dəstək verir. Onlardan biri Belarusdur. Belarus şimal qonşumuza daha çox logistik dəstək verir. Rusiya Ukraynaya hərbi müdaxilə zamanı Belarusun ərazisindən daha çox istifadə edib. Bu, özünü həm raket zərbələrində, həm də Kiyevin mühasirəyə alınma əməliyyatında göstərdi. Ermənistan da bu müharibədə gizli dəstəkçilərdəndir. Belə ki, dörd ədəd qırıcı təyyarənin Ermənistandan qalxdığına dair görüntülər var. Bunlar isə Rusiyanın gücünə güc qatacaq səviyyədə dəstək deyil. Ermənistanın nəyi var ki, Rusiyaya kömək etsin? Həmçinin, KTMT ölkələrinin Rusiyaya hərbi dəstək verməsi daha qlobal toqquşmalara səbəb ola bilər ki, bu da inandırıcı deyil".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 04 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


azerbaycan xeberleri son xeberler yeni xeberler hava en son xeberler bu gun son xeber xeberlər