Rusiyaya qarşı yeni sanksiyalar təklif edildi: Peyk yayımı dayandırılsın
"Peyk yayımı Rusiyaya qarşı növbəti sanksiyalar paketinə daxil edilməlidir".
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu fikir Avropa Parlamentinin 39 deputatdan ibarət qrupu tərəfindən irəli sürülüb.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borelə ünvanlanmış məktubda bildirilir.
Bu ilin martında Avropa İttifaqı öz ərazisində Rusiyanın RT kanalının yayımını və "Sputnik" agentliyinin fəaliyyətini qadağan edib. Eyni zamanda müraciət müəllifləri qeyd ediblər ki, Fransanın "Eutelsat" peyk operatoru və Lüksemburq SES onlara Avropa İttifaqı, Rusiya, Afrika və Ukraynada yayım xidmətləri göstərməkdə davam edib.
"Təəssüf ki, mövcud qanunvericilik bazası və Şuranın qərarları Aİ-də yayımlanan bütün Rusiya kanallarına qadağa qoyulması üçün kifayət qədər hüquqi əsas vermir", – deyə müraciətin mətnində bildirilib.
Məktubun müəllifləri təklif ediblər ki, növbəti sanksiyalar paketinə Ukraynadakı müharibə ilə bağlı dezinformasiya yayan Rusiya telekanallarının və radiostansiyalarının yayımına tam qadağa qoyulması daxil edilməlidir.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü