Rusiyaya Qazaxıstandan ZƏRBƏ: Sanksiyalarda kömək etməyəcək, Krım və Donbası TANIMIR

Rusiyaya Qazaxıstandan ZƏRBƏ: Sanksiyalarda kömək etməyəcək, Krım və Donbası TANIMIRQazaxıstan Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməkdən, Krımı və Donbası tanımaqdan  imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini Timur Süleymenov deyib. O bildirib ki, ölkə Ukraynanın ərazi bütövlüyünə hörmət edir və "nə Krımla, nə də Donbasla bağlı hazırki situasiyanı tanımır".
Siyasətçi həmçinin əlavə edib ki, hakimiyyət Aİ və ABŞ sanksiyalarının Qazaxıstana tətbiq olunmasını istəməz.
"Rusiya bizim onların tərəfində olmağımızı istəyirdi. Amma Qazaxıstan Ukraynanın ərazi bütövlüyünə hörmət edir. Biz nə Krımla bağlı, nə də Donbasla bağlı vəziyyəti tanımamışıq və tanımırıq. Biz sanksiyalara əməl edəcəyik. Bizdə heç bir problem yoxdur, hər şeyi öz adı ilə çağıracağıq. Rusiya "müharibə" sözünü qadağan edən qanunun tətbiqinə qərar verib. Onlar bunu xüsusi hərbi əməliyyat adlandırırlar. Amma təəssüf ki, Qazaxıstanda bunu necə var elə adlandırırıq", – deyə  Qazaxıstan rəsmisi vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 02 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


azerbaycan xeberleri son xeberler yeni xeberler hava en son xeberler bu gun son xeber xeberlər