"Rüşvət almaq əxlaqsızlıq deyil, amma seks əxlaqsızlıqdır?" - Nura
"Boşanmış qadının kişi ilə münasibətinə əxlaqsızlıq kimi baxan cəmiyyətimiz var".
azxeber.com xəbər verir ki, bu fikirləri müğənni Nura Suri sosial şəbəkədə paylaşıb. O, daha sonra qeyd edib:
"Deməli, kiminsə cibinə girmək, rüşvət almaq, şər-böhtan atmaq, qeybət etmək əxlaqsızlıq deyil, amma həyatında sevgi ya seks varsa, əxlaqsızlıqdır. Beynim "error" verdi.
Uşaq vaxtı ailəlikcə müharibə filmlərinə baxmaq normal idi, sevgi filmlərinə baxmaq anormal. Bütün problemlər elə o vaxtdan başlayıb. Adam öldürmək ayıb deyil, adam sevmək ayıbdır.
İnsanın suya, havaya, yeməyə olan ehtiyaclarından biri də sevgi və seksdir. İnsan belə yaradılıb. Yəni sizin dünyaya gəlişiniz seksin ya da sevginin nəticəsidir. Di gedin bu fikirlə yaşayın indi.
Həyat tərzinizlə düşüncələriniz, düşüncələrinizlə danışdıqlarınız o qədər fərqlidir ki, çoxunuz özünüzü bir şəxsiyyət kimi formalaşdıra bilmirsiz.
Öz hisslərinizi dilə gətirməyə qorxursuz, fikirlərinizlə sözləriniz uyuşmur. Öz acizliyinizi sizdən güclü insanları şərləməklə, söyməklə ört-bastır etməyə çalışırsız. Kiminsə səviyyəsinə çatmağa yox, öz batağlığınıza salmağa çalışırsız. Hətta yazdığım bu statusu belə dərk etmə qabiliyyətiniz yoxdur bəzilərinizin.
Özünüzü olduğunuz kimi təqdim etmək cəsarətiniz yoxdur. Hər kəsin yanında fərqli obrazlara girirsiz. Özünüzü olmadığınız kimi göstərməyə can atırsız. Hətta bəyənmədiyiniz geyimi belə dəb olduğuna görə alıb geyinə bilirsiz. Bütün günü onun bunun yatağını, şəxsi həyatını utanmadan müzakirə edirsiz adını da namus, qeyrət qoyaraq".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub