Rza Pəhləvidən İrana açıq çağırış: "Molla rejiminin sonu yaxındır"

Rza Pəhləvidən İrana açıq çağırış: İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, mühacirətdə yaşayan Rza Pəhləvi ölkədəki vəziyyətlə bağlı sərt və açıq çağırışla çıxış edib.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Rza Pəhləvi İran İslam Respublikasını "tarixin sonuna yaxınlaşan rejim" kimi xarakterizə edərək, mövcud hakimiyyətin çökməsinin artıq zaman məsələsi olduğunu bildirib.
Onun sözlərinə görə, dərin iqtisadi böhran, sosial ədalətsizlik və sistemli repressiyalar molla rejimini çıxılmaz vəziyyətə salıb. Rza Pəhləvi qeyd edib ki, rejim bütün təzyiq mexanizmlərinə baxmayaraq, xalqın artan narazılığı qarşısında tab gətirə bilmir.
İran müxalifət lideri xalqa birbaşa müraciət edərək kütləvi etirazlara qoşulmağa çağırıb və vurğulayıb ki, iranlılar mövcud həyat şəraitinə və hakimiyyətin onlara münasibətinə layiq deyillər. Onun fikrincə, həm İran xalqının rifahı, həm də regionda uzunmüddətli sülh yalnız molla rejiminin dəyişməsi ilə mümkün ola bilər.
Rza Pəhləvinin çağırışından sitat:
"Molla rejimi artıq tarixin yaddaşına həkk olmağa yaxındır. Bütün repressiyalara baxmayaraq İranda rejimin çökməsi zaman məsələsidir. Bu gün iqtisadi böhran məngənəsində olan molla rejimi xalqın böyük təzyiqi ilə üz-üzədir. Mən xalqı meydanlara səsləyirəm. Siz bu yaşama, bu münasibətə layiq deyilsiniz. Regionda sülh üçün, sizin övladlarınızın rifah içərisində yaşaması üçün molla rejimi çevrilməlidir."

Siyasi       Tarix: 01 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi sou xeberler bugun son xeber az son xeberler bugun 2026 azerbaycan