Saakaşvili baş nazirliyə namizədliyini verəcək?
"Gürcüstanın paytaxtı Tbilisidə xəstəxanada yatan ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb, lakin müalicəsi xəstəxanada davam etdirilməlidir".
KONKRET.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin klinik direktoru Zurab Çxaidze yerli telekanala məlumat verib.
"Xəstənin (Saakaşvili) ümumi vəziyyəti əlbəttə ki, yaxşılaşıb. Onun həyati parametrləri yaxşılaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir. Onun qan təzyiqi vaxtaşırı dəyişir, bu da çox vaxt ziyarətçilərlə əlaqəlidir", – deyə Çxaidze bildirib.
Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti stasionar müalicə üçün zəruri olan meyarlara uyğundur.
Xatırladaq ki, Saakaşvili barəsində bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilərək türməyə yerləşdirilib. O, özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyası elan edib. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib, "Vahid Milli Hərəkat" partiyası növbəti seçkilərdə qalib gələrsə, siyasətçi, baş nazirliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.//Oxu.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi