Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?
Davos İqtisadi Forumu yanvarın 19-da öz işinə başlayacaq, müzakirə və görüşlər 4 gün davam edəcək. ABŞ Prezident Donald Tramp Davosa böyük heyətlə gələcək.
KONKRET.azxəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Davosda əsas siyasi mövzuların Ukrayna və Qrenlandiya olacağını proqnozlaşdırmaq mümkündür:
"Trampın bu mövzularda avropalılara deməyə sözü var. Qəzzada nisbi sakitilkdir, növbəti mərhələdə bölgənin idarəolunması və yenidən qurulması gəlir. Avropalılar bu mövzunu müzakirə etməyə həvəsli deyillər. Çünki Qəzza mövzusuna Tramp nəzarət edir, onun bu məsələdə əsas tərəfdaşları isə Asiya ölkələridir.
Tramp Davosda müxtəlif ölkə liderləri ilə görüşəcək, Ağ Ev sahibinin Davosa Forumuna qatılacaq Azərbaycan Prezidenti İlham Əliyevlə də təmas saxlayacağı ehtimalı var".
Politoloq xatırladıb ki, Davos İqtisadi Forumuna Ermənistanın Baş naziri Nikol Paşinyanın qatılmayacağı diqqət çəkir:
"Adətən o, mötəbər beynəlxalq tədbirlərdə iştirakdan imtina etmir. Halbuki o, Davosda Azərbaycanla sülh quruculuğunun genişlənməsi, o cümlədən ölkəsinin regional nəqliyyat layihələrinə qoşulmaq imkanları barədə fikirlərini geniş auditoriya ilə bölüşmək imkanı qazana bilərdi. Görünür, Paşinyanın bütün diqqəti bu ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yönəlib və o, əsas vaxtını ölkə daxilində rəqbilərini necə zəiflətməyə həsr etməlidir.
Paşinyanı Davosa səfərdən çəkindirən digər amillərdən biri forumda ötən illərdə olduğu kimi Rusiya mövzusunun müzakirəsi ola bilər. Davosdakı görüşlərdə və müzakirələrdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi pislənilir. Paşinyan isə bu mövzuda danışmağa həvəsli deyil. Ötən il Paşinyan Davosda ona verilən "Ermənistan Avropa Birliyi ilə Rusiya arasında seçimdə hansı tərəfə üstünlük verəcək" sualına cavab verməkdə çətinlik çəkmişdi. Görünür, o, oxşar sualla üzləşmək istəmir.
Davosda İrandakı gərgin vəziyyət də müzakirə oluna bilər ki, Paşinyan cənub qonşusunun ünvanına tənqidi fikir söyləmək istəmir".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX