Sabah rayonlara yağış yağacaq, dolu düşəcək
Sentyabrın 18-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azxeber.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacaq.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundu
Ermənistan bu dəmir yolunun bərpasına başladı
ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Mbappe Messini keçdi