Sabiq icra başçısı dünyasını dəyişdi - FOTO
Saatlının sabiq icra başçısı Cahangirov Atabəy Şahmur oğlu 71 yaşında vəfat edib.
O, iyulun 7-si 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1970-ci ildə N.Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmişdir.
Eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. O, əmək fəaliyyətinə başladığı ilk illərdən rayon rəhbərliyinin diqqətində olmuşdur.
Buna görə də o, Saatlı Rayon Komsomol Komitəsinin 2-ci, daha sonra isə 1-ci katibi kimi məsul vəzifələrə seçilmişdir.
Atabəy Cahangirov 1975-81-ci illərdə rayon komsomol komitəsində işləmiş, sonradan Saatlı rayon partiya komitəsinin katibi (1981-1987), 1987-1992-ci illərdə 1-ci katibi, rayon Sovetinin sədri, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.
O, 26 yaşında ikən rayon gənclərinə, 36 yaşında isə rayona rəhbərlik etmişdir. Həmin dövrdə respublikada belə gənc ikən rayon partiya komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilən ilk şəxs olmuşdur.
Qeyd edək ki, mərhum YAP-ın İdarə Heyətinin üzvü, kardioloq, professor Tofiq Cahangirovun qardaşıdır.


Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var