Sabiq nazir prezident seçkilərinə niyə qatılır? – AÇIQLAMA

Sabiq nazir prezident seçkilərinə niyə qatılır? – AÇIQLAMA</p> 
 <p>Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifov fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılacağı barədə mətbuata açıqlama verib. Maraqlıdır ki, prezident seçkilərinə qatılmaqla o, cəmiyyətə hansı mesajı vermək istəyir?
Sabiq nazir Fikrət Yusifov KONKRET.az-a bununla bağlı açıqlamasında bildirib ki, prezident seçkilərinə qatılmaq bir insanın həyatında çox önəmli hadisədir. Və bu seçkiyə qatılmaq qərarı verən hər bir şəxs bunun sıradan bir seçki olmadığını anlamalıdır: "Bu seçkini digərləri ilə müqayisə etmək doğru deyil, bütün seçkilərdən daha üstün bir prosesdir. Və prezident seçkilərinə qatılmaq istəyən kəs öncə dövlətinə nə verə biləcəyini düşünməli, yəni öz potensialını hərtərəfli ölçüb-biçməlidir. Bu, bir dövlətin başında dayanmaq uğrunda yarışa qatılmaqdır. Bu səbəbdən seçkinin məsuliyyəti çox böyükdür".
Fikrət Yusifov nə üçün seçkilərə qatılmaq istədiyinə də aydınlıq gətirib: "Məramım nədir? İndi cəmiyyətdə məni tanıyan hər kəsi bu sualın cavabı düşündürür. Mən iqtisadçı-aliməm, müstəqilliyimizin ilk illərində ölkədə büdcə, bank, vergi, gömrük və xəzinə sistemlərinin qurulub-yaradılmasında bilavasitə iştirak etmişəm. 1990-cı illərin ortalarına yaxın ölkədə tüğyan edən və illik ölçüləri 1800%-ə çatan hiperinflyasiyanın cilovlanmasında əsas fiqurlardan biri olmuşam".
Keçmiş nazir onu da diqqətə çatdırıb ki, o, son 20 ildən artıq bir zaman kəsiyində ölkənin iqtisadi müstəvisində və maliyyə sektorunda baş verən bütün prosesləri yaxından izləyir. "2014-cü ildə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyini təsis edib, həmin vaxtdan bu günə qədər ölkə mətbuatında Azərbaycan iqtisadiyyatının, maliyyə sektorunun problemlərinin həllinə dair ümumi sayı 5000-dən çox təhlil və açıqlamalarla çıxış etmişəm. Bu çıxışlarda irəli sürdüyüm onlarla təklif hökumətin qəbul etdiyi qərarlarda, Prezidentin fərman və sərəncamlarında, habelə digər qanunvericilik aktlarında öz əksini tapıb".
Fikrət Yusifov: "Mən ölkə iqtisadiyyatının və onun maliyyə sektorunun bütün problemlərini və onların həlli yollarını bilirəm. Seçkiyə getməkdə də əsas məqsədim bu platformadan istifadə edib, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edə biləcək iqtisadi islahatlar proqramımı cəmiyyətə təqdim etməkdir", – deyə vurğulayıb.
Bünyamin Bünyadzadə,
KONKRET.az

Siyasi       Tarix: 24 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO

Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib. KONKRET. -a istinadən xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanl

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber son xeberler azerbaycan cəbhədən son vəziyyət xeber.az