Sabiq prezidentin oğlu ögey anasını MƏHKƏMƏYƏ VERDİ - FOTO

Sabiq prezidentin oğlu ögey anasını MƏHKƏMƏYƏ VERDİ - FOTOÖzbəkistanın birinci prezidenti İslam Kərimovun oğlu Pyotr Kərimov ögey anası Tatyana Kərimovaya qarşı irsi mübahisə ilə bağlı iddia qaldırıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, işə iyunun 26-da Mülki İşlər üzrə Yakkasaray Rayonlararası Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Pyotr Kərimov daha əvvəl həyat yoldaşı Yuliya Smetankina ilə problem yaşayıb.
Yuliyanın sözlərinə görə, münaqişə pul üstündə yaranıb. Pyotr evə sərxoş halda gəlib və Yuliyadan Daşkəndə bilet üçün pul tələb edib. O, rədd cavabı alanda əsəbiləşib və arvadını döyüb. Yuliya müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, Kərimov isə şöbəyə aparılıb, lakin dindirildikdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, İslam Kərimov 1989-cu ilin iyunundan 2016-cı ilin avqustuna qədər Özbəkistana rəhbərlik edib. Rəsmi tərcümeyi-halda bir həyat yoldaşı, Tatyana Kərimova və iki qızı, Gülnarə və Lola haqqında məlumatlar var. İslam Kərimovun üç övladının olması ilk dəfə ölümündən sonra, 2107-ci ildə qeyd edilib.
Pyotr İslam Kərimovun milliyyətcə yəhudi olan Natalya Petrovna (Pinxausovna) Kuçma ilə evliliyindən olan oğludur. O, 1966-cı ildə anadan olub. Natalya Kuçma 2008-ci ildə Daşkənddə vəfat edib. Pyotr Kərimov isə hazırda Moskvada  yaşayır. Onun "Asia-Invest Bank"ın idarə heyətinin sədr müavini vəzifəsində çalışdığı deyilir. Pyotr 2016-cı ilə qədər Özbəkistan Hava Yollarında top menecer vəzifəsində çalışıb. O, öz istəyi ilə istefa verib.
Tatyana Kərimova isə 26 avqust 1948-ci ildə Xabarovskda hərbçi ailəsində anadan olub. 1952-ci ildə valideynləri ilə birlikdə Fərqanə rayonuna köçüb. O, İslam Kərimovla 1970-ci ildə tanış olub və ailə həyatı qurub, iki qızı var – Gülnarə (1972) və Lola (1978).
Sabiq prezidentin oğlu ögey anasını MƏHKƏMƏYƏ VERDİ - FOTOİqbal Rzayev,
KONKRET.az

Hadisə       Tarix: 13 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. xəbər verir ki, Qarabağ bürosunun xəbərinə görə, hadisə Alpout kəndində qeydə alınıb. "VAZ-2109" və "Saipa" markalı avtomobilləri

34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Ötən gün ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bundan başqa, 5342 ədəd metadon həbi də aşkar olunaraq götürülüb. Sentyabrı

Bakıda "Mercedes" piyadanı vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Elnur Bəhramzadə idarə etdiyi "Mercedes E-Class" markalı avtomobill

Salyanda motosiklet piyadanı vuraraq öldürdü

Salyanda motosiklet piyadanı vuraraq öldürüb. APA-ya istinadla xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. "Muravey" markalı motosiklet yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan piyada xəstəxanad

Veteran polkovnik vəfat etdi

Veteran hərbçi, uzun müddət SSRİ və müstəqil Azərbaycanın ordu sıralarında xidmət etmiş Azər Rüstəmov vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əfqanıstan, İraq və Qarabağ müharibələrinin veteranı polkovni

"Aşk-ı Memnu"nun "Arsen"i vəfat etdi

Məşhur "Aşk-ı Memnu" serialında "Arsen" obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer 81 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qeyd edək ki, Gülse

60 yaşlı kişini tok vurub öldürdü

Ağdaş sakini bədbəxt hadisə nəticəsində vəfat edib. xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub. 60 yaşlı kiş

Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı

Ötən gün Türkiyədə LGBTİ+ dərnəklərinə, aktivistlərə və gecə klublarına qarşı genişmiqyaslı "Ailəm Təhlükəsizlikdədir" (Ailem Güvende) adlı xüsusi əməliyyat keçirilib. xəbər verir ki, bu barədə DHA məlumat yayıb

İndoneziya sahillərində güclü zəlzələ oldu

İndoneziyanın Molukk adaları ərazisindəki Banda dənizində 6,2 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, yeraltı təkanların ocağı 143 km dərinlikdə yerləşib. Sunami təhlükəsi yoxdur. Dağıntılar və ya xəsarət alanlar barəd


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu gun apa.az xeberler xeberler bu qun sonxeber.az