Sabir Rüstəmxanlı: Rafael Hüseynovla bağlı partiyada ciddi narazılıq var

Sabir Rüstəmxanlı: Rafael Hüseynovla bağlı partiyada ciddi narazılıq var"Ciddi narazılıq var, amma mən Rafael Hüseynovun partiyadan ixracı barədə düşünmürəm".
Bunu APA-ya açıqlamasında VHP sədri Sabir Rüstəmxanlı bildirib.
Qeyd edək ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və parlamentdə azlığı təmsil edən partiyanın nümayəndəsi olaraq vitse-spiker seçilib. Dekabrın 8-də Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfransda VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib. Rafael Hüseynov Sabir Rüstəmxanlıya çıxış üçün ayrılan vaxtın başa çatdığını bildirib. Sabir Rüstəmxanlı son bir cümlə ilə fikrini tamamlamaq istəsə də, vitse-spiker imkan yaratmayıb. Sabir Rüstəmxanlı isə sözünün kəsilmiəsinə etirazını bildirib və bunu hörmətsizlik kimi dəyərləndirib : "Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz" .
Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün "başqa gün" müraciət edə biləcəyini qeyd edib.
Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında deyib ki, sabah Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının iclası keçiriləcək, gündəlikdə bir sıra məsələlər var, Rafael Hüseynov barədə də məsələ qaldırıla bilər: "Amma mən hər hansı inzibati cəza, töhmət, partiyadan çıxarma kimi məsələlər barədə düşünmürəm. Bu məsələ ilə bağlı Siyasi Şuranın üzvlərinin, rayon təşkilatlarının çox ciddi narazılığı var və Siyasi Şuranın iclasında bunu dilə gətirəcəklər. Amma mən mövqeyimi bildirirəm və güman edirəm ki, Siyasi Şura mənim mövqeyimlə razılaşar. Rafael Hüseynovla uzun illər davam edən dostluğumuz var və bu məsələni də öz aramızda həll edərik".
Məsələyə Rafael Hüseynovun mövqeyini öyrənmək mümkün olmayıb. Vitse-spiker telefon zənglərinə cavab verməyib. / azxeber.com

Siyasi       Tarix: 10 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler krminal bu gun sonxeberler bugunun xeberleri