Sadə qaydalara riayət etməklə özünüzü bank dələduzlarından qoruyun

Sadə qaydalara riayət etməklə özünüzü bank dələduzlarından qoruyunSon illər ölkə bankları tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması istiqamətinə bir sıra işlər həyata keçirilir. Əhalinin nağdsız ödənişlərə keçməsi, fiziki olaraq pul əskinazlarından istifadə etməməsi üçün müxtəlif aksiyalar, kampaniyalar və maarifləndirmə tədbirləri təqdim edilir. Nağdsız ödənişə keçidin bir çox üstün xüsusiyyətləri var. Lakin əfsuslar olsun ki, kart sahibləri hesablarında olan vəsaitin təhlükəsizliyinə bəzən dırnaqarası baxırlar.
"Kiber cinayətkarlıq" termini son vaxtlar ölkənin gündəmini zəbt edərək, hamımızın diqqət mərkəzindədir. Xüsusən də son aylar ərzində müəmmalı nömrələrdən edilən zənglər, göndərilən SMS-lər bank müştərilərinin dələduzların qurbanına çevrilməsi ilə nəticələnir. Əsasən müasir texnologiyalardan uzaq olan insanlar konfedensial kart məlumatlarını dələduzlara bildirməklə, hesablarında olan vəsaitin ələ keçirilməsinə şərait yaradırlar.
Məlumat üçün qeyd edək ki, ölkə üzrə ödəniş kartlarının (məvacib, təqaüd, müavinət, kredit, debit, taksit və s.) böyük hissəsi Kapital Bank-a məxsusdur. Demək olar ki, elə bir ailə yoxdur ki, orada Kapital Bank-ın ödəniş kartına sahib olan şəxs olmasın. Ona görə də dələduzlar zəng etdikdə, ilk olaraq ailədə Kapital Bank-a məxsus kart sahibi olduğunu dəqiqləşdirirlər. Kapital Bank da neqativ halların qarşısının alınması istiqamətində məlumatlandırıcı tədbirləri təşviq edir. Təbii ki, gördüyümüz tədbirlərin hamısını sadalamaq mümkün olmasa da, deyə bilərik ki, dələduzluq hallarının aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik.
Lakin bu istiqamətdə müştərilərimizdən də gözləntilərimiz var: heç kiminlə, hətta ən yaxın tanışları, qohumları ilə belə kart məlumatlarını paylaşmasınlar. Kart məlumatları dedikdə ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə (PAN), PİN kod, kartın bitmə tarixi, kartın arxasında olan 3 rəqəmli kod (CVV2) və SMS ilə göndərilən birdəfəlik 3DSecure şifrəsi nəzərdə tutulur. Card-to-card köçürməsi üçün kartın üz tərəfinin fotosunu göndərməyə də ehtiyac yoxdur. Sizə pul göndərən şəxsə 16 rəqəmli PAN nömrəni yazmaq və ya Birbank-da kartın QR kodunu generasiya edib göndərmək kifayətdir.
Dələduzlar əksər hallarda özlərini bank nümayəndəsi kimi təqdim edir və konfedensial kart məlumatlarını tələb edirlər. Təqdim edilmədiyi təqdirdə kartın bloka salınacağını bildirirlər. Bu zaman heç də təşvişə düşməyə ehtiyac yoxdur. Heç bir halda bank nümayəndəsi yuxarıda qeyd olunan kart məlumatlarını müştəridən tələb etmir. Amma yenə də kart bloka düşərsə, buna görə də narahat olmaq lazım deyil. Birbank rəqəmsal bankı, 196 Məlumat Mərkəzi və ya filiala müraciət etməklə kartı asanlıqla blokdan çıxarmaq olur.
Ümumiyyətlə, dələduzluq əməliyyatları üzrə məsuliyyət Beynəlxalq ödəniş sistemlərini qaydaları ilə tənzimlənir. Kart vasitəsilə ödəniş əməliyyatlarında satıcı və alıcı iştirak edir. Satıcı qismində POS terminal və ya veb sayt ola bilər. Əməliyyatın aparılması şərtlərindən asılı olaraq ödəniş üzrə məsuliyyətin kimin üzərinə düşdüyü təyin edilir. Misal üçün, ödəniş zamanı sayt tərəfindən müştəridən 3DSecure şifrə istənilirsə və dələduz bu şifrəni düz daxil edərsə, artıq bütün məsuliyyət müştərinin üzərinə düşür.
Hamını maraqlandıran suallardan biri də olur ki, müştəri dələduzların qurbanına çevrilibsə, bu zaman nə etməli? Əgər belə bir hal baş verərsə, dərhal kartı bloklamaq, sonra isə banka müraciət etmək lazımdır. Bank əməkdaşı kartın sahibinə dələduzların əməliyyatı və silinmə platforması barədə məlumat təqdim edir. Sonra həmin məlumatlarla birgə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Əgər əməliyyat veb saytlarda 3Dsecure şifrənin daxil olunması ilə baş veribsə, beynəlxalq ödəniş sistemlərinin qaydalarına əsasən vəsaitlərin geri qaytarılması mümkün olmur. Əksinə, əməliyyat 3DSecure yoxlanışını dəstəkləməyən saytda baş verərsə, əməliyyat üzrə məsuliyyət satıcının üzərinə keçir. Bu hallarda ödənişlərin geri qaytarılması baş tuta bilər. Qeyd edək ki, dələduzların qurbanlarına çevrilən bir sıra müştərilərin pullarını geri qaytarmaq mümkün olub.
Kapital Bank olaraq bir daha ödəniş kartlarının sahiblərinə müraciət edərək bildirmək istərdik ki, yuxarıda qeyd olunan sadə qaydalara riayət etsinlər. Kartlarının üzərində olan məlumatları, həmçinin SMS vasitəsilə göndərilən 3Dsecure şifrəni heç bir halda üçüncü tərəfə ötürməsinlər. Kart hesabında olan vəsait, sizin pul qabınızda olan vəsaitlə eynidir. Ona görə də cibinizdə olan pul kimi, kartınızın balansında olan pulların da təhlükəsizliyini təmin etmək mütləqdir.

İqtisadiyyat       Tarix: 14 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler cəbhədən son məlumatlar xeber az cəbhədən son dəqiqə