Sağ olduğu halda ölü kimi qeydiyyata salınan adam ölkəyə qayıda bilmir

Sağ olduğu halda ölü kimi qeydiyyata salınan adam ölkəyə qayıda bilmir"26 il əvvəl Rusiyaya gəldim. İndi də öz vətənimə qayıtmaq istəyirəm, amma mümkünsüzdür. Səbəb isə mənim guya ölməyimdir".
KONKRET.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya 2011-ci ildən bəri ölü kimi qeydiyyatda olduğu bildirilən Abil Zeynalov müraciət edib. 1955-ci ildə Quba rayonunun Rustov kəndində anadan olan Abil Zeynalov 1996-cı ildə Rusiyaya gedib:
"Bura gələndə evli idim. Lakin həyat yoldaşım Azərbaycanda qalası oldu. Bu illər ərzində vətənə qayıtmadım. Burada bir qadınla yaşamağa başladım və müxtəlif işlərdə çalışdım. 2001-ci ildə anam vəfat edəndə ölkəyə gəlmək istəsəm də, yenə alınmadı. 2011-ci ildə isə artıq qəti qərar verdim ki, vətənə qayıdım. Amma məlum oldu ki, mən guya ölmüşəm. Həyat yoldaşım mənim adıma saxta ölüm kağızı çıxartdırıb. Guya mən 2011-ci ilin oktyabrın 10-da Rusiyanın Xabarovsk vilayətində vəfat etmişəm. Bundan sonra mənim əmlakımı sataraq başqa biri ilə evlənib".
A. Zeynalov iddia edir ki, bundan sonra özü Rusiyada, qardaşı isə Azərbaycanda aidiyyəti qurumlara müraciət etsə də, məsələ həll olunmayıb:
"67 yaşım var və artıq öz yurduma qayıtmaq istəyirəm. Atam 98 yaşında qoca kişidir. Onun yanında olmaq istəyirəm, amma hara müraciət etsəm, mümkünsüzləşir. Hazırda Xabarovsk vilayətindəyəm və işsizəm. Çox xahiş edirəm mənə kömək edin, vətənə qayıdım. Qardaşım kənd bələdiyyəmizə və məhkəməyə müraciət edib. Lakin deyiblər ki, "bizlik deyil"".
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, Abil Zeynalovun qardaşı ilə əlaqə saxlanılıb:
"Lakin fərdi məlumatlara aid olduğu üçün açıqlama verə bilmərik".
Quba rayon Rustov kənd bələdiyyəsi Aydın Kazımov isə məsələ ilə bağlı bunları deyib:
"Məsələdən xəbərim yoxdur. Onu bilirəm ki, illər əvvəl Rusiyaya gedib və qayıtmayıb. Həyat yoldaşı da başqa biri ilə ailə qurub. Ölüm kağızını da biz verməmişik. Bu barədə məlumatım da yoxdur".
A. Zeynalov üçün ölüm kağızına imza atan Quba rayon qeydiyyat şöbəsinin rəisi Kamran İbrahimov da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ölüm kağızı məhkəmənin qətnaməsinə əsasən hazırlanıb:
"Zeynalov Abil Hacıbaba oğlu barəsində 10 oktyabr 2011-ci ildə Rusiya Federasiyasında vəfat etməsinə dair 2012-ci ildə məhkəmə qətnaməsinə əsasən ölüm faktı müəyyən olunub. Həmin illərdə biz orada işləməmişik və bu barədə məlumat da yoxdur. Lakin biz sənədlərin kökünə baxarkən müəyyən edirik ki, qanunvericilikdə də hüquqi faktların müəyyən olunması var. Yəni məhkəməyə müraciət edərək ölüm faktını müəyyən etdiriblər və buna əsasən qeydiyyat şöbəsinə müraciət ediblər. Bundan sonra ölüm haqqında sənəd açıblar. Ölüm qeydiyyatı hazırda da mövcuddur, ləğv olunmayıb.
Bununla bağlı gərək vətəndaş məhkəməyə müraciət etsin. Bundan başqa o, səfirliyimizə və konsulluğumuza da müraciət edə bilər. Etibarnamə göndərməklə də məhkəmədə o qətnaməni ləğv elətdirə bilər. Yəni qanunvericilikdə bu nəzərdə tutulub ki, itmiş, ölüm faktı çıxmış şəxs varsa, həmin adam gələrsə, qeyd olunan məhkəmə qətnaməsi ləğv olunmalıdır".
Sağ olduğu halda ölü kimi qeydiyyata salınan adam ölkəyə qayıda bilmirSağ olduğu halda ölü kimi qeydiyyata salınan adam ölkəyə qayıda bilmir

Hadisə       Tarix: 13 avqust 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. xəbər verir ki, Qarabağ bürosunun xəbərinə görə, hadisə Alpout kəndində qeydə alınıb. "VAZ-2109" və "Saipa" markalı avtomobilləri

34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Ötən gün ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bundan başqa, 5342 ədəd metadon həbi də aşkar olunaraq götürülüb. Sentyabrı

Bakıda "Mercedes" piyadanı vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Elnur Bəhramzadə idarə etdiyi "Mercedes E-Class" markalı avtomobill

Salyanda motosiklet piyadanı vuraraq öldürdü

Salyanda motosiklet piyadanı vuraraq öldürüb. APA-ya istinadla xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. "Muravey" markalı motosiklet yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan piyada xəstəxanad

Veteran polkovnik vəfat etdi

Veteran hərbçi, uzun müddət SSRİ və müstəqil Azərbaycanın ordu sıralarında xidmət etmiş Azər Rüstəmov vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əfqanıstan, İraq və Qarabağ müharibələrinin veteranı polkovni

"Aşk-ı Memnu"nun "Arsen"i vəfat etdi

Məşhur "Aşk-ı Memnu" serialında "Arsen" obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer 81 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qeyd edək ki, Gülse

60 yaşlı kişini tok vurub öldürdü

Ağdaş sakini bədbəxt hadisə nəticəsində vəfat edib. xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub. 60 yaşlı kiş

Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı

Ötən gün Türkiyədə LGBTİ+ dərnəklərinə, aktivistlərə və gecə klublarına qarşı genişmiqyaslı "Ailəm Təhlükəsizlikdədir" (Ailem Güvende) adlı xüsusi əməliyyat keçirilib. xəbər verir ki, bu barədə DHA məlumat yayıb

İndoneziya sahillərində güclü zəlzələ oldu

İndoneziyanın Molukk adaları ərazisindəki Banda dənizində 6,2 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, yeraltı təkanların ocağı 143 km dərinlikdə yerləşib. Sunami təhlükəsi yoxdur. Dağıntılar və ya xəsarət alanlar barəd


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu gun apa.az xeberler xeberler bu qun sonxeber.az