Sağlam uşaq böyütməyin 7 qızıl qanunu

Sağlam uşaq böyütməyin 7 qızıl qanunuGələcəyin vətəndaşı olan kiçikyaşlı uşağın sağlamlığı onun həyatının ən vacib məsələsidir. Səhhəti zəif olan, xəstələnən insanın illərlə başı öz xəstəliyi ilə mübarizəyə qarışır.
Milli.Az medicina.az-a istinadənpediatr, professor İsmayıl Osmanovun valideynlərə lazım olacaq 12 vacib məsləhətini təqdim edir.
1. İynə, peyvənddən qorxmamalıdır
Pediatriyada və gələcəkdə ən təhlükəli infeksiya, xəstəliklərin sayını azaltmaq üçün peyvənd kəşf edilib. Peyvənd olunmayan uşaqlar arasında ölüm halları daha çoxdur. Profilaktik peyvəndlərdən imtina etməyin. Hepatit B peyvəndini də uşaqlıqdan etdirin.
Uşağı sağlam böyütmək istəyirsizsə, peyvənd təqviminə tam əmin edin. Vərəm, pnevmokokk, göy öskürək, poliomielit, hemofil infeksiya, qızılca, meningit - bunlardan övladınızı bir peyvəndlə qoruya bilərsiz. Bu xəstəlikləri keçirən hər uşaq ölmür, düzdür, amma xəstəliyin fəsadları, sinir, beyinə vurduğu zərbə illərlə qalır
2. Doğulandan düzgün qidalanma
İdeal uşaq 2 yaşına kimi ana südü yeməlidir. Uşaq sonradan evdəkilərin, valideynlərin qida vərdişlərini təkrarlayır. Masanızda nə qədər az şirniyyat, hazır qida, konserva, rafinəedilmiş qidalar olsa, uşağın dad zövqü və ağız dadı bir o qədər düzgün formalaşar.
Uşaq 1 yaşından mürəkkəb karbohidratlar, lifli tərəvəz, meyvə, balıq, yumurta, süd məhsulları, keyfiyyətli ətlə qidalanmalıdır
3. Evdə sağlam psixoloji durum
Uşaq məktəbə qədər evdəki ab-hava ilə yoğrulur. Psixoloji sağlamlıq indi dünyanın bir nömrəli problemidir. Sizin probleminiz, nevrozunuz, mübahisələriniz uşağa ötürülməməlidir. Uşaq nə qədər psixoloji normal durumda böyüsə bir o qədər sakit, stabil, sağlam, xeyirxah olacaq.
Uşaq tez-tez qucaqlanmalı, gülümsəməlidir. Onun ideya və seçiminə hörmət olunmalıdır. Yalan danışmayın.
Övladınızı dərindən analiz edin, tanıyın.
4. Günün rejimi
Yatmaq, qalxmaq, gəzmək, hava, oyun, mütaliə, hətta evdə iş - gündəlik rejim məhsuldar qurulmalıdır. Günün yarısını yatan, ya yarısını televizora baxan, yarısını oynayan uşaq normal inkişaf edə bilməz. Düzgün rejim bioritmləri sağlamlaşdırır. Uşaq daha işgüzar, aktiv olur. Yuxusu normallaşır, əsəbləşmir.
5. İdman və gimnastika
Uşağı idmana qoymaq üçün onun böyüməsini gözləməyin. Uşaqlıqdan kiçik məşqlər, hərəkətlər etməlidir. Bu onun əzələ, sümük inkişafına təsir edir, çəkisini normallaşdırır, əhvalını yaxşılaşdırır. Səhərlər gimnastika gün boyu enerji verir.
Bağça və məktəbyaşlı uşaqlar isə həftədə 2 dəfə idmanla məşğul olmalıdır. Eləcə də uşağa kiçik yaşdan açıq havada yüngül qaçışı təlqin edin.
6. Yaxşı yatmayan uşaq sağlam ola bilməz
Yuxu sağlamlığın yarısıdır. Uşaq beyni, sinir sistemi yuxuda inkişaf edir. Uşağın ilk aylarında yuxu saatı 12-16 saat olmalıdır. 6 aydan sonra 12-15 saat, 1 yaşdan -3 yaşa kimi 11-12 saat, bağça müddətində 10-12 saat, çəktəb yaşında 9-10 saat yatmalıdır.
Kiçik yaşlı uşaqlar nə qədər ki, evdəkilər yatmır çətin yuxuya gedələr. Ona görə onun yatması üçün gərək valideynlər də yatsın. Uşaq yuxuya getdikdən sonra qalxa bilərlər.
Yuxu tam olsun deyə, uşaq yuxudan öncə təmiz hava almalı, otaq havalandırılmalı, çox ağır yeməklər yeməməlidir. Otaq hərarəti 18-20 dərəcədən artıq olmamalıdır.
Matras düz və bərk, yataq dəsti, yastıq isə yumşaq, təbii materialdan olmalıdır.
7. Qadjetlər - tv, planşet, telefondən UZAQ
Günün yarısını TV, planşetdə keçirən uşaqlar stresli, nevroq, diqqət yayqınlığı, görmə zəifliyi, onurğa problemi, nitq geriliyi, fikrini çatdıra bilməmək, əqli dözümsüzlük, yorğunluqla böyüyür.
Virtual aləmdə yaşayan uşaq hipodinamikdir, tez-tez ağlayır, tənbəldir.
Məktəb yaşına qədər uşaqlara komputer, planşet verilməsin. Verilsə də gündə 2 saatdan artıq olmaz.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun xeberler bu qun axsam.az xeberler cəbhədən xəbər