Şah İsmayıl Xətai mövzusu sosial şəbəkədə gündəm oldu - Tarixçi alimdən açıqlama

Şah İsmayıl Xətai mövzusu sosial şəbəkədə gündəm oldu - Tarixçi alimdən açıqlamaMilli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər yenidən ictimai müzakirələrə səbəb olub. 
Deputat Şah İsmayılın adını daşıyan ordenin ləğv edilməsinin tərəfdarı olduğunu bildirib. 
Bu açıqlamadan sonra sosial şəbəkələrdə, media orqanlarında və ictimaiyyət arasında müxtəlif reaksiyalar səslənib. Bir sıra tarixçilər, siyasətçilər və ictimai xadimlər Fazil Mustafanın mövqeyini tənqid edərək Şah İsmayıl Xətainin Azərbaycan dövlətçilik tarixində mühüm rol oynadığını vurğulayıblar. 
Deputatın açıqlamalarına ən sərt reaksiyalardan birini siyasi şərhçi Taleh Şahsuvarlı verib. O, Fazil Mustafanın mövqeyini kəskin tənqid edərək bunu tarixi faktlarla ziddiyyət təşkil edən yanaşma kimi qiymətləndirib. 
Tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhrəmov azxeber.com-a açıqlamasında deyib ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin ən böyük dövlət xadimlərindən biridir:
Şah İsmayıl Xətai mövzusu sosial şəbəkədə gündəm oldu - Tarixçi alimdən açıqlama"Şah İsmayıl Xətai Azərbaycan tarixinin ən böyük dövlət xadimlərindən biridir. Onun fəaliyyəti ilə bağlı danışarkən emosiyalarla deyil, tarixi mənbələrlə danışmaq lazımdır. Biz həmin dövrü araşdırarkən ilk növbədə dövrün öz mənbələrinə müraciət edirik. 
Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri, İsgəndər bəy Münşinin "Tarix-i Aləmara-yi Abbasi" əsəri və digər etibarlı mənbələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bunları yazan şəxslər Səfəvilər dövrünə yaxın yaşamış, hadisələrin bir qisminin şahidi olmuş insanlardır. Tarixi qiymətləndirərkən məhz belə mənbələr əsas götürülməlidir. Bu gün Şah İsmayıl haqqında danışanların əksəriyyəti həmin mənbələri oxumayıb. Buna görə də əsassız fikirlər səsləndirilir. Bu gün Şah İsmayıl Xətai haqqında danışan şəxslər onun kim olduğunu bilmir. Şah İsmayıl Xətai təmiz türk oğludur. O, 7 yaşına qədər fars dilini bilməyib.  Onun hansı mənsəbə aid olması əsas məsələ deyil. 
Kəmsavadlar bilməlidirlər ki, Səfəvilər Şərqdə yerləşib, Osmanlı dövləti isə Qərbdə. Əsas məsələ Şərq və Qərb arasında ticarət yollarının kimə məxsus olacağı idi. Bu gün boş-boş danışanların Azərbaycan Milli tarixindən xəbəri belə yoxdur".
O qeyd edib ki, Azərbaycan dövlətçilik ənənəsinin Nadir Şahla başladığını iddia edənlərin fikirləri tamamilə yalandır:
"Azərbaycan dövlətçilik ənənəsinin Nadir Şahla başladığını iddia edənlərin fikirləri tamamilə yalandır. Bu, tarixi faktlara uyğun deyil. Nadir Şahın hakimiyyəti cəmi 11 illik dövrü əhatə edir. Tarixə yalnız faktlar əsasında yanaşmaq lazımdır. Şah İsmayılla bağlı kifayət qədər etibarlı mənbələr mövcuddur. Şah İsmayıl Xətai Azərbaycan dövlətinin qurucusudur. 
Şah İsmayıl Xətai Şirvana gələn zaman deyir ki, "bizə Azərbaycan taxtı lazımdır, yoxsa qala". Burada söhbət Azərbaycab taxtından gedirdi. 1501-ci ildə Təbrizin fəthindən sonra Şah İsmayıl Xətai demişdi ki, "ruhum bədənimə qayıtdı"". 
C.Bəhrəmov bildirib ki, Şah İsmayıl haqqında səsləndirilən əsassız iddiaların elmi əsası yoxdur:
"Şah İsmayılın müəllimi Hüseyn bəy Lələ Şamlı onu vətənpərvər kimi yetişdirib. Onun fars dilində hansısa əsəri belə yoxdur, hamısı azərbaycan türkcəsindədir. Ona görə də Şah İsmayıl haqqında səsləndirilən əsassız iddiaların elmi əsası yoxdur. Bu gün savadsızların söylədiklərinin tarixdən xəbəri Kiminsə şəxsi fikri tarixi fakt hesab edilə bilməz. Tarix sənədlər, mənbələr və elmi tədqiqatlar əsasında öyrənilməlidir". 
Şahanə Ziyad

Siyasi       Tarix: 08 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda bugünkü son xəbərlər bugünki xəbərlər hava durumu