Sahib Ələkbərov: Sosial müavinətlərin verilməsi ilə bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur
Sosial müavinətlərin verilməsi ilə bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə VÖEN almış şəxslərə birdəfəlik ödənişlərin verilməsindən imtina edilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, 190 manat məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlı çox söz-söhbətlər var.
Nazir müavini qeyd edib ki, bu məsələ ilə bağlı aprelin 23-də Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirinin müavini ilə danışıb:
"Biz tam olaraq, razılaşmışıq. VÖEN-in bu məsələyə aidiyyəti yoxdur. VÖEN vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Nömrə burada əsas rol oynamır. Amma ola bilsin ki, kimlərsə həqiqətən hələ də ona imtina cavabının verilməsindən narazılıq edir. Nəzərə almaq lazımdır ki, 2 gün əvvəl imtina cavabı alan insanlar da bu gün narazılıq edə bilərlər. Burada başqa məsələlər də ola bilər. Düşünürəm ki, bununla bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur. Amma ortaya bir sual çıxarsa, onda o araşdırılmalı və aidiyyəti qurumlar bu sualın cavabını verməlidir".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar