Sahibə Qafarova BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb - FOTO

Sahibə Qafarova BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb - FOTOSahibə Qafarova BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb - FOTO
Aprelin 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının prezidenti Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 
Bildirilib ki, parlamentin Sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanın BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatın orqanları ilə sülh və təhlükəsizlik məsələlərinə dair müzakirələrdə fəal iştirak edir, qurumun xətti ilə keçirilən tədbirlərə öz layiqli töhfəsini verir. Heç də təsadüfi deyildir ki,  müstəqil Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü olduğu dövrdə  Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmlə mübarizə və BMT ilə İslam dünyası arasında tərəfdaşlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüşlər keçirilib. Ölkəmiz beynəlxalq təhlükəsizliyə dair mühüm qərarların qəbul olunmasında yaxından iştirak edib. Azərbaycan sülhməramlıları BMT-nin mandatı ilə bu gün də Əfqanıstanda və Cənubi Sudanda sülhüqoruma əməliyyatlarında fəal iştirak edirlər. 
Sahibə Qafarova bildirib ki, Azərbaycan qlobal xarakterli məsələlərin həllində də səylərini əsirgəmir. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Sessiyada bu məsələdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Milli Məclisin Sədri qonağın təmsil etdiyi təşkilatla ölkəmiz arasında Əməkdaşlıq haqqında sənədin imzalanmasını yüksək dəyərləndirib.
Söhbətdə Spiker Sahibə Qafarova artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi 4 qətnaməsini xatırlayaraq, 44 günlük Vətən müharibəsi dönəmində bu sənədlərin Azərbaycanın özü tərəfindən icra edildiyini və ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib. Ancaq işğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin xəritələrini Ermənistan dövləti hələ də təqdim etmir. Bu isə müharibə cinayətidir və təhlükəsizliklə bağlı çox böyük problemlər yaradır. Biz bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edirik. Bu xəritələrin təqdim edilməsi Qarabağda bərpa işlərinin daha sürətlə aparılmasına təkan verəcək.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Volkan Bozkır BMT Baş Assambleyasının prezidenti kimi ilk səfərlərindən birini Azərbaycana etməyindən  qürur duyduğunu söyləyib. Bildirilib ki, BMT bu təşkilat üçün çox önəmli ölkə olan Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır. 
Volkan Bozkır deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya dövründə BMT-nin xüsusi sessiyasının keçirilməsi beynəlxalq aləmdə geniş rezonans doğurub. Biz pandemiya ilə əlaqədar Azərbaycanın digər ölkələrə və qurumlara göstərdiyi yardımları yüksək dəyərləndiririk. İndi hamılıqla birlikdə postpandemiya dövrünə - yeni çağırışlara hazır olmalıyıq. 
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Sahibə Qafarova BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb - FOTOSahibə Qafarova BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb - FOTOSahibə Qafarova BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb - FOTOSahibə Qafarova BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb - FOTO

Siyasi       Tarix: 09 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu