Sahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş oldu

Sahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş olduMilli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
KONKRET.az xəbər verir ki, spiker qonağı salamlayaraq, ümidvar olduğunu bildirib ki, onun ölkəmizə ilk səfəri münasibətlərimizin daha da möhkəmləndirilməsinə yeni təkan verəcək.
Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yaxşı şərait mövcuddur. Münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri, onların siyasi iradəsi mühüm rol oynayır. Yüksək səviyyəli görüşlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir.
Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq, öz torpaqlarını qəsbkarlardan azad etdi. O, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında məlumat verib.
Milli Məclisin sədri parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində rolundan danışaraq, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirib ki, deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.
Sahibə Qafarova deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda səmərəli fəaliyyət göstərmələrini, müzakirə olunan məsələlərdə bir-birlərinə dəstək olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, bu yaxınlarda Madriddə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi yaradılıb. Qurumun bu parlament ölçüsü təşkilata üzv ölkələri düşündürən məsələlərin müzakirəsi və prinsipial məsələlərdə vahid mövqedən çıxış etmək baxımından əhəmiyyətlidir. Milli Məclisin sədri parlamentlərin bundan sonra da münasibətlərimizin inkişafına öz layiqli töhfəsini verəcəyinə inamını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə görə Azərbaycan xalqını və Milli Məclisin sədrini təbrik edərək, öz ürək sözlərini söyləyib. Bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Hüseyn Əmir Abdullahian iki ölkə münasibətlərinin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə daha da inkişafında İranın maraqlı olduğunu deyib. Qeyd edilib ki, hər iki dövlət başçılarının siyasi iradəsi sayəsində münasibətlərimizdə keyfiyyətcə yeni mərhələ başlayıb.
O, yüksək səviyyəli siyasi münasibətlərin digər sahələrə də müsbət təsir etdiyini söyləyib. Bildirilib ki, əməkdaşlığımızın daha da dərinləşməsinə parlamentlər də mühüm töhfə verir.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Əziz Ələkbərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İran İslam Respublikasındakı səfiri Əli Əlizadə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.

Siyasi       Tarix: 23 dekabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler en son xəbərlər bugün xeber.az 2026 ensonxeberler