Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü

Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdüDekabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azxeber.com-a verilən məlumata görə, spiker qonağı salamlayaraq, ümidvar olduğunu bildirib ki, onun ölkəmizə ilk səfəri münasibətlərimizin daha da möhkəmləndirilməsinə yeni təkan verəcək. Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yaxşı şərait mövcuddur. Münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri, onların siyasi iradəsi mühüm rol oynayır. Yüksək səviyyəli görüşlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir.
Milli Məclisin sədri bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq, öz torpaqlarını qəsbkarlardan azad etdi. O, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında məlumat verib.
Milli Məclisin sədri parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində rolundan danışaraq, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirib ki, deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.
Sahibə Qafarova deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda səmərəli fəaliyyət göstərmələrini, müzakirə olunan məsələlərdə bir-birlərinə dəstək olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, bu yaxınlarda Madriddə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi yaradılıb. Qurumun bu parlament ölçüsü təşkilata üzv ölkələri düşündürən məsələlərin müzakirəsi və prinsipial məsələlərdə vahid mövqedən çıxış etmək baxımından əhəmiyyətlidir. Milli Məclisin sədri parlamentlərin bundan sonra da münasibətlərimizin inkişafına öz layiqli töhfəsini verəcəyinə inamını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə görə Azərbaycan xalqını və Milli Məclisin sədrini təbrik edərək, öz ürək sözlərini söyləyib. Bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Hüseyn Əmir Abdullahian iki ölkə münasibətlərinin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə daha da inkişafında İranın maraqlı olduğunu deyib. Qeyd edilib ki, hər iki dövlət başçılarının siyasi iradəsi sayəsində münasibətlərimizdə keyfiyyətcə yeni mərhələ başlayıb.
O, yüksək səviyyəli siyasi münasibətlərin digər sahələrə də müsbət təsir etdiyini söyləyib. Bildirilib ki, əməkdaşlığımızın daha da dərinləşməsinə parlamentlər də mühüm töhfə verir.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Əziz Ələkbərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İran İslam Respublikasındakı səfiri Əli Əlizadə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.

Siyasi       Tarix: 23 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler en son xəbərlər bugün xeber.az 2026 ensonxeberler