Sahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTO

Sahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTOSahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTO
2023-cü ilin martın 29-da Nazirlər Kabineti "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Qərar qəbul edib.
Yeni qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Yeni qərar nəticəsində ölkəyə indiyədək gətirilməsi mümkün olan köhnə avtomobillər gətirilə bilməyəcək. Belə ki, indiyədək Azərbaycana 2006-cı ilin yanvarın 1-dən sonra istehsal olunan avtomobillər gətirilə bilərdisə, bu il yalnız 2013-cü ildə buraxılan maşınlar gətiriləcək, gələn ildən isə bu tarix müvafiq qaydada dəyişəcək. 
Qərar aprel ayından qüvvəyə minib. Aprel ayında maşın bazarında bir qədər durğunluq müşahidə olunub. Lakin aprelin durğunluğunu may ayı üstələyib. May ayında maşın bazarında aktivlik müşahidə olunduğu iddia edilir.
Oxu.Az-ın əməkdaşları vəziyyəti araşdırmaq üçün Bakının Badamdar qəsəbəsində yerləşən maşın bazarına - Avtomobil Satışı Mərkəzinə baş çəkiblər.
Sahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTOBadamdarda yerləşən, paytaxtın ən böyük avtomobil bazarına daxil oluruq. İlk gözə dəyən bazarda satışa çıxarılan maşınların çoxluğu olur. Lakin görünən odur ki, burada hər zövqə uyğun avtomobil tapmaq mümkündür.
Diqqətimizi ilk çəkən məqam bazarda olan durğunluq idi. İnsan axını hələ yoxdur. Maşın bazarına adətən həftənin bazar günü səhər saatlarında daha çox axın olur. Lakin indi əksi ilə qarşılaşırıq.  Bəlkə də havanın çox isti olması insan sayına təsir göstərir.
Öncə ümumi vəziyyəti müşahidə edirik. Bazar haqqında bir qədər məlumat almaq üçün ətrafı gəzirik. Ətraf səssizliyə qərq olub. Sükutu isə satıcılar pozurlar. Bir neçə avtomobil satıcısı öz aralarında söhbət edirlər. Biz onlara yaxınlaşıb, hal-əhval tuturuq. Onlara yaxınlaşan kimi ilk narazılıqlarını dilə gətirirlər. Aydın məsələdir ki, alıcılıq qabiliyyəti onları qane etmir.
İlk sözə başlayan satıcı İlqar İbrahimov qiymətlərin aşağı düşdüyünü söyləyir:
Sahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTO"Gündəlik bazardayam. Qiymət qalxmaq söhbəti yoxdur. Bundan öncəki qanuna görə, bazara xeyli sayda maşın gətirdilər. Yetərincə maşın var. Bu səbəbdən də qiymət aşağı enib. Bütün maşınların alveri dayanıb. Müştəri 17 min manatlıq maşını 13 min  manata əldə etmək istəyir. Bəzən satıcılar əlacsızlıqdan buna razı olurlar. 2006-cı ildən bu işlə məşğulam. Son bir aydır ki, vəziyyət çöküb. İcarəni verməkdə belə çətinlik çəkirik".
İ.İbrahimov köhnə avtomobillərin daha çox satıldığını qeyd edir:
"Köhnə maşınlar daha çox satılır. O da qiymətinə görədir. 1997-1998-ci illərin istehsalı olan "Çeşka" və "Yeşka" adlanan "Mercedes"lər daha çox satılır. İnsanların nəyə gücü çatırsa, onu da alırlar. Ötən ay yaxşı oldu. İnsanlar düşündü ki, maşınların qiyməti qalxacaq ona görə, gəlib aldılar. Əksinə qiymətlərdə artım olmadı. Xaricdən gətirilən avtomobillərə məhdudiyyət tətbiq olunduqdan sonra vəziyyət pisləşdi. Qanun çıxan kimi yaxşı satış oldu. Hər kəs tez aldı ki, sonra məhdudiyyət olacaq. İndi durğunluqdur. "Toyota Corolla"nın qiyməti bahalaşıb. Onlar keyfiyyətlidir. "KIA Ceed", "Hyundai i30"un qiyməti ucuzlaşıb.
Sahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTOAvtomobil satılarkən maşının icbari sığortasına xitam vermək təklif olunur. Düşünürəm ki, bu mütləqdir. Sığortanın dəyişilməyi mütləqdir. Bəzi müştərilər qəbul etmir. Bazar günüdür. Lakin alıcı yoxdur. Satan baha satmaq, alan da ucuz almaq istəyir. Bu, bazarın qanunudur".
Söhbətimizi tamamlayırdıq ki, digər satıcılardan biri "Toyota Prius" satmağa qorxduğunu əlavə edir. Səbəb olaraq həmin avtomobilin sığorta edilmədiyini deyir.
Satıcılardan digəri - Arif İbrahimov avtomobillərin qiymətin qalxdığını söyləyir:
Sahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTO"Bunu hər kəs bilir. Ötən il bu vaxtlar normal idi. Alıcı əlindən tərpənmək olmurdu. İndi isə acınacaqlıdır. İnsanlarda pul yoxdur. Qiymət qalxır, lakin alver yoxdur".
Daimi satıcılarla söhbəti yekunlaşdırmışdıq ki, öz şəxsi avtomobilini satmaq üçün bazara üz tutan şəxslə rastlaşırıq. Bizi görən kimi artıq üçüncü dəfə gəldiyini deyir.
Şəxsi maşınını satmağa gələn Vüsal Qafarov alıcılığın aşağı olduğundan şikayətlənir:
Sahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTO"Bazarda satıcı çox, alıcı azdır. Satan baha satmaq istəyir, alan isə ucuz almaq. Köhnə avtomobillərin qiyməti qalxdı. 2002-ci ilin "KIA Rio"sunu 5 min manata  satıram. Qiymətlər çox qalxıb. 12-13 min manata olanlar indi 15-16 min manat təşkil edir. Qiymətlər qalxsa belə, mən köhnə markalı maşınımı 9-12 minə sata bilməzdim".
V.Qafarov köhnə avtomobillərdən VAZ-ların daha çox satıldığını bildirir:
"Maşını satarkən və ya alarkən alqı-satqı müqaviləsi etmək məsləhətdir. Etibarnamə ilə olmasın. Köhnə markalı maşınlardan VAZ-lar daha çox satılır. Nə qədər köhnə də olsa, alınıb, satılır. VAZ-ların qiymətlərində ucuzlaşma var".
Ətrafa yenidən nəzər yetiririk kənarda "Niva" markalı avtomobillər görürük. Məlum olur ki, sahibi tərəfindən satılır. Qiyməti isə 11-19 min manat civarındadır. Digər bir yanda isə yeni "Toyota Prius" maşınını görürük. Görünüşünə görə, digərlərindən çox fərqlənirdi. 20 min manata satışa qoyulduğu iddia olunurdu.
Sahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTOAvtomobillərin markalarına görə qiymətləri ilə tanış olurduq ki, kənarda alıcı görürük. O, öz övladına maşın almaq istəyir, lakin qiymətlər onu qane etmir. Deyəsən, övladının arzusunu gerçəkləşdirə bilmir.
Bazarda diqqətimizi çəkən digər bir məqam xanım satıcının olması idi. Məlum olur ki, şəxsi avtomobilini satmaq üçün buraya üz tutub. Lakin müştərilərin təklifi onu qane etmədiyi üçün maşınını sata bilmir.
Satıcılardan digəri Aqil Cəfərov may ayında daha çox artım olduğunu deyir:
Sahibini gözləyən avtomobillər, qiymətlərin artmasından şikayətlənən alıcılar - REPORTAJ + FOTO"Qiymətlərdə artım var. 7 ildir bu işin içindəyəm. "Chevrolet Cruze"un qiyməti aşağı düşüb. "Elentra"nın qiymətində də fərq var. "Nissan"ın ən ucuzu bizdədir. Alıcılıq salondakından bir qədər çoxdur. Ötən il zəif idi. Bu il artım var.
Pandemiya vaxtı çox maşın satırdıq. İndi isə elə deyil. 2012-2013-cü ilin "Mercedes"i ucuzdur. Maşın çoxdur. Bazara giriş yoxdur. Yer dolub. Keçən ilə nisbətən 50 faiz dəyişiklik var. Alıcılıq azalıb. İrihəcmli motorları olan maşınların qiymətlərində də ucuzlaşma var".
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 05 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az cəbhədən canlı son xeber 2026 şou biznes xəbərləri