Sahibkarlar Kapital Bank-ı tövsiyə edir

Sahibkarlar Kapital Bank-ı tövsiyə edirÖzsüt brendi 80 ildən artıqdır ki, ənənəvi qənnadı sirləri və xüsusi reseptlərindən istifadə edərək ləziz təamları ilə müştərilərinin xidmətindədir. Ölkəmizin paytaxtında yerləşən restoranlar şəbəkəsinin 4 şöbəsi öz qonaqlarını hər zaman rahat və səmimi mühit ilə qarşılayır. Pozitiv enerjisi və təbəssümü ilə seçilən Özsüt personalı isə şöbələrinin ziyarətçilərinə diqqət və qayğı ilə yanaşır. Qonaqlarda xoş təəssüratlar yaratmaq, onları sevindirmək üçün burada mütəmadi olaraq fərqli menyular, müxtəlif aksiya və kampaniyalar, eləcədə digər yeniliklər təqdim olunur.
Özsütün Gənclik Mall-da yerləşən şöbəsinin meneceri Sərvan Əliyev restoran şəbəkəsində xidmət səviyyəsinin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söhbət açdı. "Zövqlərə xitab gətirəcək yeməklərimiz, zəngin və fərqli menyu, restoranlarımızda yaratdığımız gözəl ab-hava ilə yanaşı, yüksək səviyyəli servis göstərmək üçün şəbəkəmizə peşəkar maliyyə tərəfdaşı da gərəkdir. Bir neçə il əvvəl şəbəkəmizin genişləndirilməsi üçün şirkətimizə sərmayə qoymaq lazım idi. Çox düşünmədən biz kreditlə bağlı Kapital Bank-a müraciət etdik və bununla bizim partnyorluğumuzun ilk addımı atıldı. Yeri gəlmişkən, çətin dövrdə bizə dəstək göstərdiyi üçün Kapital Bank-a çox sağol demək istəyirəm. Əməkdaşlığımızın uğurlu olacağına əmin idik. Çünki Kapital Bank-a müraciət etməyimizin
səbəblərindən biri də bir çox müştərilərimizin hesabı ödəyərkən BirKart-dan istifadə etmələri idi. Görünür ki, bank və onun məhsulları insanlar tərəfindən böyük rəğbət qazanıb", - deyə, Sərvan Əliyev bildirib. "Müasir zamanda, xüsusən də qida sahəsində təklif olunan yeməklərin keyfiyyətli olması ilə yanaşı, sifarişlərin vaxtında masaya verilməsindən tutmuş, hesabı təqdim edənə qədər diqqətli və sürətli olmalısan. Bu səbəbdən biz Özsüt-ün şöbələrində son günlər ölkədə gündəmdə olan smart kassa cihazlarını quraşdırmaq qərarına gəldik.
Partnyorumuz olan Kapital Bank-ın yeni kassaları barədə məlumat aldıqda dərhal onlara üz tutduq. Xüsusilə qeyd etmək istərdim ki, cihazlar bank tərəfindən bizə tam ödənişsiz şəkildə təqdim olundu. Bu kassalar həm bizim, həm də nağdsız ödənişlərə üstünlük verən, eləcə də BirKart-dan istifadə edən müştərilər üçün çox əlverişlidir. Yeni cihazların quraşdırılması həm işçi personalın, həm də müştərilərin işini xeyli yüngülləşdirib", - Sərvan Əliyev bildirib.
Qeyd edək ki, Özsüt restoranlar şəbəkəsi həmçinin BirKart taksit kartının partnyorudur. Bəzən olur ki, müştərilər öz əlamətdar günlərini qeyd etmək üçün bizim restoranlara üz tuturlar. Təbii ki, bu zaman tələb olunan vəsait adi nahar vaxtı ödənilən məbləğdən daha artıq olur. Müştərilərimizə bildirmək istərdim ki, artıq daha böyük ödənişlərini restoranlarımızda BirKart-la edib, məbləği 2 ay ərzində bərabər hissələrlə, heç bir əlavə faiz və komissiyasız ödəyə bilərlər.
Yeni təamlar dadmaq və gözəl vaxt keçirmək istəyən hər kəsi Özsüt restoranlar şəbəkəsinin şöbələrində gözləyirik. /news.milli.az

İqtisadiyyat       Tarix: 05 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler