"Sahibkarlar sosial məsuliyyət nümayiş etdirməlidir"

"Sahibkarlar sosial məsuliyyət nümayiş etdirməlidir"Koronavirusun qlobal miqyası genişləndikcə həm dünya üzrə iqtisadi artım tempinin, həm də strateji məhsulların, o cümlədən neftin qiymətinin kəskin azalması müşahidə olunur.
Milli.Az xəbər verir ki, bunu Trend-ə millət vəkili Vüqar Bayramov bildirib.
Deputat deyib ki, əhalinin sağlamlığının və təhlükəsizlyinin qorunması üçün ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ölkədə işgüzar fəallığa və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərsə də, Azərbaycan iqtisadiyyatında baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi həyata keçirilməkdədir.
İqtisadçı alim bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 milyard manat vəsaitin ayrılması sahibkarlara dəstəyin gücləndirilməsi üçün yeni imkanlar yaradır. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib ki, bu da bu vəsaitdən səmərəli və şəffaf istifadənin təmin olunması zəmin yaradır.
V.Bayramov bildirib ki, sahibkarların gözləntisi və reaksiyası başadüşüləndir. Azərbaycan hökuməti vergi güzəştləri tətbiqini müzakirə etməklə yanaşı, sahibkarlığın, xüsusilə KOB-ların kreditləşdirməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünəməşğulluq proqramının genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri reallaşdırmaqdadır.
Millət vəkili qeyd edib ki, hazırkı dövrdə sahibkarların sosial məsuliyyətinin daha da artırılması vacib olmaqla yanaşı, güzəştlərin tətbiqi zamanı şəffaf, vicdanlı, sosiallıq nümayış etdirən biznes nümayəndələrinə üstünlük verilməsi çox zəruridir. Bu baxımdan, leqal fəaliyyətin biznesin fundamental şərti olması, vergilərin vaxtında ödənilməsi, iş yerlərinin və məşğulluğun qorunması, əmək müqavilələrinə xitam verilməməsi, ödənişsiz məzuniyyətlərə yol verilməməsi və əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük preferensiyalarının verilməsi zəruridir.
V. Bayramov deyib ki, istehlak kreditləri üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması ilə bərabər, yaranmış vəziyyətdə şəffaf iqtisadiyyatın vacibliyi bir daha aktualdır.
Millət vəkili sahibkarları korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, iş yerlərini ixtisar etməməyə çağırıb. O bildirib ki, koronavirusa qarşı mübarizə sahibkarların korporativ sosial məsuliyyət prinsiplərinə əməl etməsi və bütövlükdə həmrəylik nümayiş etdirməsini zəruri edib. Belə həsas dövrdə, sahibkarların sosial öhdəlikləri qarşılaması çox vacibdir: "Cənab Prezidentin qeyd etidyi kimi, biz birlikdə daha da güclüyük".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 26 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler