Sahibkarlığa dəstək siyasəti Ümummilli Liderin strateji kursunun davamıdır
İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi dəstək və diqqətlə bağlı açıqlama verib.
azxeber.com xəbər verir ki, o açıqlamasında bildirib ki, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar və sahibkar təbəqəsinə göstərilən xüsusi qayğı ölkədə KOS sektorunun möhkəm təməllər üzərində formalaşmasına şərait yaradıb. Qeyd olunur ki, ulu öndərin strateji baxışı, qanunvericilik islahatları və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı atdığı addımlar sahibkarlığın ölkə iqtisadiyyatının aparıcı dayaqlarından birinə çevrilməsində mühüm rol oynayıb.
Tural Mustafayev bildirib ki, bu gün Azərbaycanda dinamik və rəqabətqabiliyyətli biznes ekosisteminin mövcudluğu məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunun nəticəsidir. Onun sözlərinə görə, sahibkarlığın stimullaşdırılması istiqamətində hazırda görülən işlər də ulu öndərin müəyyən etdiyi strateji xəttin ardıcıl davamı kimi qiymətləndirilməlidir.
"İCMA olaraq Ümummilli Liderimiz Heydər Əliyevin sahibkarlığa verdiyi dəyəri yüksək qiymətləndirir və onun iqtisadi irsinin ölkənin davamlı inkişafına mühüm töhfə verdiyini hesab edirik", — açıqlamada vurğulanır.
Turlar.az [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür