Sahil Babayev: 'Azərbaycan-Serbiya enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub

Sahil Babayev: 'Azərbaycan-Serbiya enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyubAzərbaycan-Serbiya əməkdaşlığı həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində yeni mərhələyə qədəm qoyub.
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Serbiyanın Dövlətçilik Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın enerji resurslarının Avropa ölkələri ilə yanaşı, Balkan regionuna ixracında Serbiya artıq tranzit ölkəyə çevrilib. Bununla yanaşı, iki ölkə iqtisadiyyat, maliyyə, nəqliyyat infrastrukturu, hava nəqliyyatı, müdafiə, kənd təsərrüfatı, əmək və sosial müdafiə, təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
"Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın bütün sahələrdə daha da inkişaf edəcəyinə əminəm", - deyə nazir vurğulayıb.
S. Babayev ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 17 dəfədən çox artmasını iqtisadi əlaqələrin dinamik inkişafının göstəricisi kimi qiymətləndirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan və Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir:
"Dövlət başçılarımızın səmimi dostluğu, qarşılıqlı etimadı və əməkdaşlığa verdikləri böyük önəm ikitərəfli əlaqələrin daha da güclənməsinə töhfə verir. 2022-ci ildə Azərbaycanla Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında qərar və memorandumun imzalanması əməkdaşlığımızı yeni, daha yüksək mərhələyə qaldırdı. Bu sənəd ölkələrimizin dost və strateji tərəfdaş olduğunu bir daha təsdiqlədi. Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasında Serbiyanın töhfəsini və Prezident Aleksandr Vuçiçin tədbirdə iştirakını yüksək qiymətləndiririk".
Nazir əlavə edib ki, Azərbaycanla Serbiya arasında indiyədək 50-dən çox sənəd imzalanıb.
"Bu sənədlər ikitərəfli əlaqələrimizin möhkəm təməlini təşkil edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir, beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirərək bir-birinə qarşılıqlı dəstək göstərir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində prinsipial mövqedən çıxış edirlər", - deyə S. Babayev bildirib.

Siyasi       Tarix: 19 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 en son xeberler xeber saytlari futbol xeberleri