Sahil Babayev BMT İnkişaf Proqramının rezident nümayəndəsi ilə görüşüb
Sahil Babayev BMT İnkişaf Proqramının rezident nümayəndəsi ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşdə ilk növbədə Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərindən bəhs olunub. Daha sonra həssas qruplarla bağlı birgə layihələrin icra vəziyyəti müzakirə edilib.
Nazir pandemiya dövründə geniş miqyasda reallaşdırılan sosial dəstək tədbirlərindən bəhs edib. O, BMT İP ilə Nazirliyin birgə icra etdiyi "Sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsinin əlilliyi olan şəxslərin özünüməşğulluğuna önəmli dəstəyini diqqətə çatdırıb.
Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparıldığını deyib. Eləcə də Nazirliyin BMTİP və BMT Əhali Fondu ilə birgə layihəsi olan "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması" layihəsi üzrə artıq aktivlərlə təmin olunma prosesinin aparıldığını deyib.
Sahil Babayev "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun təşviqi" layihəsinin BMT İP ilə müsbət əməkdaşlıq təcrübəsinin daha bir nümunəsi olduğunu deyib. Layihənin gənclərin əmək bazarına çıxışının dəstəklənməsində ötən dövrdə əhəmiyyətli rol oynadığını deyib.
Öz növbəsində, A.Frakassetti birgə layihələrin pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq ardıcıl və məqsədyönlü şəkildə davam etməsi üçün göstərilən səylərdən məmnunluğunu bildirib.
Görüşdə qeyd edilən layihələrin icra vəziyyəti və görüləcək işlər, pensiya islahatı işinin nəzərdən keçirilməsi və təhlili, COVID-19 pandemiyasının Azərbaycanda məşğulluq və əmək bazarına təsirinin qiymətləndirilməsi məsələləri müzakirə olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR