Şahzadə Harri Meqana görə qardaşı ilə dalaşmasından danışdı: "Mən itin yemək qabının üstünə yıxıldım
Şahzadə Harri Meqana görə qardaşı ilə dalaşmasından danışdı: "Mən itin yemək qabının üstünə yıxıldım..."
"Sonradan bir-birimizə səsimizi qaldırdıq və bu da fiziki şiddətə gətirib çıxardı".
Şahzadə Harri öz xatirələrində qardaşı, Britaniya taxt-tacının varisi, şahzadə Uilyamla dava etməsindən danışıb.
"The Guardian" qəzetində Harrinin "Spare" ("Ehtiyat") avtobioqrafik kitabından çıxarışlar dərc edilib.
Bildirilib ki, hadisə 2019-cu ildə Londonda baş verib.
Memuar müəllifinin sözlərinə görə, ailə münaqişəsinə səbəb Uilyamın Harrinin həyat yoldaşını təhqir etməsi olub. Uilyam amerikalı aktrisa Meqan Marklı "ağır, kobud və sərt" adlandırıb və bunun fonunda mübahisə alovlanıb. Sonradan qardaşlar bir-birilərinə səslərini yüksəldiblər və bu da fiziki şiddətə gətirib çıxarıb. Harri deyib ki, Uilyam onun yaxasından tutub, boyunbağısını qoparıb və onu yerə yıxıb.
"Mən itin yemək qabının üzərinə yıxıldım. Qab kürəyimdə çatladı, qırıntılar bədənimə batdı. Bir müddət orada yerdə uzanmış vəziyyətdə qaldım, mat-məəttəl halda idim, sonra ayağa qalxdım və ona rədd olmağını dedim", - deyə Harri qeyd edib.
O əlavə edib ki, Uilyam uşaqlıqda baş verən davalarını ona xatırladıb və israr edib ki, həmin davaların "əvəzini versin". Lakin Harri bundan imtina edib. Sonra Uilyam gedib, lakin tezliklə geri qayıdaraq üzr istəyib. Həmçinin Harriyə hadisə barədə həyat yoldaşına danışmamağı tövsiyə edib.
Mənbə: TASS / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR