Şahzadə Harri penaltidə 63 yaşlı alman siyasətçiyə uduzdu - FOTO
Şahzadə Harri penaltidə 63 yaşlı alman siyasətçiyə uduzdu - FOTO
Bir neçə gün əvvəl Böyük Britaniya kralının kiçik oğlu Şahzadə Harrinin təşəbbüsü ilə müxtəlif ölkələrdə baş tutmuş hərbi qulluqçular üçün keçirilən "Invictus Games" Oyunlarında çıxış etmək üçün Düsseldorfa uçub. Səfəri çərçivəsində şahzadə yerli telekanalda idman proqramında qonaq olub. Həmin proqramın efirində o, Almaniyanın 63 yaşlı müdafiə naziri Boris Pistorius ilə futbol oynayıb.
"Matç" zamanı iştirakçılar improvizə edilmiş futbol qapısına penalti vurmalı olublar. Şahzadə Harri qapıya üç zərbə vursa da, topu tora qovuşdura bilməyib, onun rəqibi isə ardıcıl iki penaltini uğurla reallaşdırıb. Oyun başlamazdan əvvəl Sasseks hersoqu uduzacağı təqdirdə Almaniya milli futbol komandasının köynəyini geyinəcəyinə söz verib. Lakin studiyada həmin komandanın forması olmayıb və şahzadə boynuna Bavariyanın "Maynz 05" komandasının şərfini bağlayıb.


Mənbə: Gazeta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR