Saleh Rüstəmli ilə görüşən həkim: 'Sosial şəbəkələrdəki informasiyalar doğru deyil

Tanınmış həkim, professor Adil Qeybulla bir müddətdir ki, həbsxanada aclıq aksiyası keçirən Saleh Rüstəmli ilə görüşürək onu müayinə edib.
Adil Qeybulla Azxeber.com-a açıqlamasında Saleh Rüstəmlinin səhhəti haqda danışıb. 
Professor bildirib ki, aclığın bəzi izləri qalsa da, Saleh Rüstəmli özü gəzə, söhbət edə bilir:
"Bu gün əsas məqsəd Saleh Rüstəmlini oradan çıxarmaqdır. Mümkün qədər ona kömək etməkdir, gücümüz ona yönəlməlidir. Mən onu srağagün müayinə etdim və göstəricilərinə baxdım. Həyati göstəriclərinə stimul vermək üçün ona bir neçə gün əvvəl venadaxili dəstək müalicəsi başlanılıb. Təbii ki, keçirdiyi aclığın izləri onda qalıb, arıqlayıb, zəifləyib, amma çətin yerisə də, özü gəzir, oturur, söhbət edir. Mən ona aclığı dayandırmağı təklif etdim. Düzdür, biz onun iradəsinin əleyhinə gedə bilmərik. Digər tərəfdən mən ora onun ailə üzvlərinin xahişi ilə getmişəm və müayinə məqsədim də həkim kimi ona kömək etməkdir".
Saleh Rüstəmli ilə görüşən həkim: 'Sosial şəbəkələrdəki informasiyalar doğru deyilHəkim onu da qeyd edib ki, sosial şəbəkələrdə Saleh Rüstəmlinin vəziyyətinin kritik olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:
"Sosial şəbəkələrdə gedən bəzi informasiyalar düzgün deyil. Məsələn, yazırlar ki, Saleh Rüstəmli çox kritik durumdadır və s. Bunlar doğru məlumatlar deyil. Düzdür, bu qədər aclıq edən adamdır, əgər ona o dəstək olmasaydı, o, çoxdan komaya düşə bilərdi. Bunu da nəzərə almaq lazımdır. Bu qədər müddət aclıq edən adam ayaq üstə gəlib həkimlə görüşə bilirsə, deməli burada hansısa dəstək var. Bütün bunları nəzərə almaq lazımdır. Bu proses gedir, ümid edirəm ki, bizim təkrar görüşümüz olacaq və sonra ilk növbədə onu həyatda tutmaq üçün əlimizdən gələni etməliyik və mən burada tibbi aspektləri nəzərdə tuturam".
Aydın Nuri 

Sosial       Tarix: 09 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı meherremlik 2026 sonxeber.az ən son xəbərlər