Salyanda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı
Salyanda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı
Salyanda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən mobil telefon və ərzaq məhsulları, "KamAZ" markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən rayon sakini R.Əhmədov saxlanılıb. Onda heroin aşkar edilərək götürülüb.
Ətrafında aparılan tədbirlərlə onun həmyerliləri N.Abdullayev və N.Əhmədovla birgə "BMW" markalı avtomobildən iki ədəd mobil telefon, V.Haqverdiyevə məxsus təmir-tikinti alətləri, bir yardımçı təsərrüfatdan kondisioner və avtomobillərin təmiri sexlərinin birindən televizor oğurlamaları da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə N.Abdullayev və N.Əhmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktlarla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir. /oxu.az

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü