Samir Nuriyev məntəqələri gəzib, tapşırıqlar verdi - Fotolar
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Təşkilat Komitəsinin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər.
KONKRET.az xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimat keçirilib.
Sonra Prezident Administrasiyasının rəhbəri və onu müşayiət edən şəxslər Mavi və Yaşıl zonalar, o cümlədən Liderlər Sammiti, ölkə pavilyonları, plenar zallar, əlavə tədbirlər, media üçün ayrılmış məkan və digər məntəqələrə baxış keçirib, infrastrukturun qurulması üzrə aparılan işlərlə tanış olublar.
Sonda Təşkilat Komitəsinin sədri aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.




Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər