Samvel Karapetyandan Paşinyana sərt sözlər: "Masanın altında ayaqüstə gəzəndə..."

Samvel Karapetyandan Paşinyana sərt sözlər: Ev dustalığı davam edən "Güclü Ermənistan"ın lideri Samvel Karapetyan baş nazir Nikol Paşinyanın onu xeyriyyəçiliklə məşğul olmaq imkanından məhrum edəcəyi ilə bağlı xəbərdarlığına münasibət bildirib.
KONKRET.az Ermənistan mediasına istinadla xəbər verir ki, İrəvanda jurnalistlərlə söhbətində Karapetyan baş naziri ələ salaraq qeyd edib ki, Paşinyan hələ doğulmayanda (peşəkar mənada nəzərdə tutulur), hələ "masanın altında ayaqüstə gəzəndə" o, xeyriyyəçiliklə məşğul idi. "Məşğul idim, məşğulam və məşğul olacağam. Çünki bunu Ermənistan, erməni xalqı və bütün ermənilər üçün edirəm. Heç kim məni bu istəkdən məhrum edə bilməz", – deyə Karapetyan bəyan edib. O əlavə edib ki, ölkə hakimiyyəti mənimsədiyi əmlakı savadlı idarə etmək qabiliyyətindən məhrumdur və "daş üstündə daş qoymayacaqlar".
Karapetyan vurğulayıb ki, indiki hakimiyyətin dövründə xarici investorlardan heç biri Ermənistana sərmayə qoymayıb.
Müxalifətin konsolidasiyasından danışan Karapetyan bildirib ki, hər həftə əsas qüvvələrin nümayəndələri ilə görüşlər keçirilir. Milyarder görüşdüyü siyasilərin adlarını çəkməyib, yalnız qeyd edib ki, "birinci şəxslər həbsdədir, hələlik həbs olunmayanlarla görüşürük". Mübarizə yolunu müzakirə etdiklərini dəqiqləşdirən Karapetyan əlavə edib ki, ikinci prezident Robert Köçəryanla görüşməyib, lakin "Ermənistan" blokunun nümayəndələri ilə bir araya gəlib. O, müxalifətin mandatları götürdüyü andan mübarizənin çıxılmaz vəziyyətə düşməsi fikri ilə razılaşmayıb.
Karapetyan bildirib ki, mübarizənin bir hissəsi olmaq üçün parlamentə gediblər. "Qaynar payız"ın gözlənilib-gözlənilmədiyi ilə bağlı suala siyasətçi cavab verib ki, fəsillərlə məhdudlaşmaq istəmir. "Vaxdı gələndə deyəcəyik. Başa düşürəm, hər kes bu hakimiyyətdən bezib, lakin biz hər şeyi qanuni yolla edirik və ölkəni sarsıntılara aparmayacağıq", – deyə Karapetyan söz verib. O bildirib ki, bu hakimiyyət sökülməsi lazım olan bir mexanizmə bənzəyir. "Onu sökmək çətindir, o, dost olmayan ciddi ölkələr tərəfindən yaradılıb. Ölkəmizi məhvə aparmaq üçün yaradıblar", – deyə Karapetyan bəyan edib və söhbətin yalnız Azərbaycandan getmədiyini əlavə edib.
S.Karapetyan həmçinin qeyd edib: "Səslərimizi oğurladılar. Gözləyin, resurs var".
Rusiya Federasiyasının məhdudiyyətlərinə gəlincə, Karapetyan hesab edir ki, bunlar Paşinyanın xeyrinədir. Onun sözlərinə görə, əhali üçün nə qədər pis olarsa, onları idarə etmək bir o qədər asan olar. O güman edir ki, Paşinyan Rusiya Prezidenti ilə istənilən vaxt danışa bilər. "Niyə həll etmir? Qoy xalq qiymətləndirsin", – deyə o bildirib və əlavə edib ki, özü baş nazir olsaydı, bunu mütləq həll edərdi, lakin ev həbsində olan müxalifət lideri kimi bunu edə bilməz.musavat.com

Siyasi       Tarix: 05 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

ABŞ və İran arasında kritik 48 saat

ABŞ və İran arasında avqustun 7-si, cümə gününə qədər razılaşmanın əldə olunma ehtimalı 50 faiz təşkil edir. xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb. Mənbənin bildirdiyinə görə, ehtimal olunan müvəqqət

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunmas

Tarixi Vaşinqton görüşündən bir il ötür

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanmasından bir il ötür. xatırladır ki, Vaşinqton şəhərində 8 avqust 2025-ci il tarixində Azərbayca

Ordubad RİH-ə yeni başçı təyin edildi

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısını

İran İraq və Küveyt sərhədinə qoşun yeridir – Təcili Xəbərdarlıq

İran silahlı qüvvələrini və hərbi texnikasını İraq və Küveytlə həmsərhəd bölgələrə aktiv şəkildə köçürməyə başlayıb. Bu barədə məlumatı proyranlı sosial media kanalları və teleqram səhifələri yayıb. xəbər verir ki, yayıla

Azərbaycanın neçə ölkədə səfirliyi var? - XİN-dən açıqlama

"Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 93-dür". Bunu -un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. . O bildirib ki, Azərbayca

Paşinyandan Qırğızıstanda şok etiraf

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin gələcəyi ilə bağlı son dövrlərin ən mühüm bəyanatlarından birini verib. Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edən Baş nazir birbaş

Tarixi görüşün ildönümündə Paşinyan İlham Əliyevə zəng etdi

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmi

Netanyahudan KƏSKİN BƏYANAT: "İsrailin mövcudluğu..."

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizliyi və gələcəyi ilə bağlı sərt açıqlama ilə çıxış edib. KONKRET.azxəbər verir ki, baş nazir İsrailin suverenliyinin heç bir halda güzəştə gedilməyəcək əsas prinsi


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun son xeberler bugun 2026 azerbaycan hava en son xeberler