Sarayda balet, Şuşada "Leyli və Məcnun": Teatrlar yeni mövsümdə nə ilə sevindirəcəklər? - FOTO

Sarayda balet, Şuşada Sarayda balet, Şuşada "Leyli və Məcnun": Teatrlar yeni mövsümdə nə ilə sevindirəcəklər? - FOTO
Teatrlarda artıq yeni mövsüm başlamaq üzrədir. Bu mədəniyyət ocaqlarının bəziləri artıq öz proqramları ilə əlaqədar hazırlıq işləri aparırlar.
Maraqlıdır, teatrlar yeni mövsümə necə hazırlaşırlar? Tamaşaçılar teatrda hansı yeniliklərin şahidi olacaqlar? Premyeralar gözlənilirmi?
Teatr rəsmiləri Oxu.Az-ın suallarını cavablandırmağa çalışıblar.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı yeni mövsümün "Qarabağnamə" tamaşası ilə sentyabrın 15-də açılacağını bildirib:
Sarayda balet, Şuşada "Teatrın bağlanış və açılış mərasimi ənənəvi olaraq, bu tamaşa ilə olur. Teatrın yeni mərhələsi və yeni mövsümündə üç tamaşa hazırlanacaq. Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun "Əsrə bərabər gün", Şıxəli Qurbanovun "Sənsiz" və Xalq yazıçısı Anarın "Dantenin yubileyi" əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır. "Sənsiz" tamaşası görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq. Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq".
C.Zeynallı əlavə edib ki, tamaşaların premyeralarının 2023-cü ilin sentyabr-dekabr aylarında olacağı planlaşdırılır:
"Tamaşaların premyeralarının bu ilin sonunadək baş tutması planlaşdırılır. İlin yekunu üçün hazırlanacaq səhnə əsərləri müxtəlif rejissor yanaşmaları əsasında fərqli təqdimatda, bütün truppa üzvlərinin yaradıcılığa cəlb olunması ilə tamaşaçıların ixtiyarına veriləcək.
Akademik Milli Dram Teatrı gələcəyə yeni hədəfləri, məqsəd və strategiyası ilə gedir. Teatrın hədəfləri dəqiq, məqsədi böyükdür. Azərbaycan və dünya dramaturgiyasının ən məşhur əsərləri bizim səhnəmizdə həqiqi sənət hadisəsinə çevriləcək.
Hər şeydən əvvəl Azərbaycan dövlətinin teatr sənətinə olan böyük etimadını doğrultmaq, mədəniyyət sərhədlərimizi daha da genişləndirmək, dünyanın ən böyük teatr festivallarında ölkəmizi layiqincə təmsil etmək məramı bizim üçün prioritetdir. Texnoloji inqilab dövründə formalaşan tamaşaçının zövqünü oxşamaq, yeni aktyor, rejissor, dramaturq nəsli yetişdirmək, əsərləri yeni baxış, yeni yozumla təqdim etmək, müasir teatr meyillərini əsas tutmaq, keçmişə böyük ehtiram, dəyərli sənətkarlarımızın həyatlarının əlamətdar hadisələrini qeyd etmək və s. bizim strategiyamızın ana xəttidir". ​
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova teatrın 114-cü mövsümə hazırlaşdığını qeyd edib:
Sarayda balet, Şuşada "Teatrın 114-cü mövsümünün açılışı sentyabrın 15-də ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!" tamaşası ilə olacaq.  Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər. İlk dəfə ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində nümayiş etdirilən bu tamaşa daha sonra Gəncə və Şəki şəhərlərində də uğurla təqdim olunub. Kollektiv bu layihə ilə Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də çıxış edəcək". 
Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Nizamiqızı yeni mövsümün sentyabrın 15-də - Bilik günündə başlayacığını bildirib:
Sarayda balet, Şuşada "Azərbaycan Dövlət Kukla Teatrı da özünün 92-ci teatr mövsümünə start verir. Bu münasibətlə kollektivin geniştərkibli toplantısı keçirilib. Bu mövsümdə də maraqlı layihə və yeni yaradıcı ideyalar realizə olunacaq.
Sentyabrın 15-də balacalar teatrın yeni səhnə nümunəsini - "Melisa" adlı (rejissor S. Haqverdiyeva) maraqlı tamaşanı izləyəcəklər. İlin sonunadək daha iki tamaşa da hazırlanacaq. Beynəlxalq festivallarda iştirakımız nəzərdə tutulub".
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından verilən məlumata görə, teatrın açılış mərasimi sentyabrın 18-də baş tutacaq:
"Teatr mövsümünün açılışı sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası ilə baş tutacaq. Eyni zamanda sentyabrın 18-də Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası Şuşa şəhərində nümayiş olunacaq.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 25-də Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasında "Arşın mal alan" musiqili komediyası nümayiş olunacaq.
Oktyabrın 1-də Həştərxan Dövlət Opera və Balet Teatrının baş rejissoru Aleksey Smirnovun quruluşunda Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operasının premyerası keçiriləcək. Tamaşa da Opera studiyasında keçiriləcək".
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf yeni mövsümdən danışıb:
Sarayda balet, Şuşada "Sentyabrın 1-də ümumi iclas oldu. Kollektiv ilə yeni mövsümdə ilk görüş idi. Çoxlu müzakirə oldu. Bu mövsümdə maraqlı tamaşalar, qastrol səfərlər baş tutacaq. Teatr yeni tamaşalar, qastrol səfərlər, böyük və uşaq tamaşaları ilə yeni mövsümə başlayacaq. Sentyabrın 15-dən sonra yeni mövsümə start veriləcək".
 Azərbaycan Dövlət Akademik Rus Dram Teatrından bildirilib ki, oktyabr ayında premyeralar olacaq:
"Sentyabrın 16-da teatr mövsümü açılır. Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" tamaşası ilə açılış olacaq. Sentyabrın 19-20-də Lənkəran rayonuna səfərimiz olacaq. Oktyabrın ortalarında premyera olacaq. Yeni il üçün uşaq tamaşaları təqdim olunacaq".
Nəzrin Vahid

Maraqlı     Baxılıb: 332   Tarix: 07 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal xeber apa.az xeberler hava xabar az