Şaxta qiymətləri "dondurmur", amma bəzi məhsullar 20-30 faiz ucuzlaşacaq - RƏY + FOTO

Şaxta qiymətləri Şaxta qiymətləri "dondurmur", amma bəzi məhsullar 20-30 faiz ucuzlaşacaq - RƏY + FOTO
Fəsil dəyişkənliyi, ümumiyyətlə havaların soyuması bazarlarda alıcılıq qabiliyyətinə təsir edib. Çünki soyuq havalarda bazarlıq etmək həvəsi elə də güclü olmur. 
Bir qisim şəxs alıcılıq qabiliyyətinin düşməsi səbəbindən məhsulların qiymətinin endirilə biləcəyini ehtimal edir. Bəs görəsən, bu gözlənti reallaşa bilərmi? 2023-cü ildə qiymət artımlarına son veriləcəkmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, kəskin hava şəraiti qiymət artımına səbəb ola bilər:
Şaxta qiymətləri "Qış fəslində hava şəraiti ilə əlaqədar müəyyən problemlər ortaya çıxır. Bəzən yollar bağlanır, gediş-gəliş kəsilir və ya təchizatda problemlər yaranır. Bu öz növbəsində qiymət artımına gətirib çıxara bilər. Bəzən elə olur ki, müəyyən dövrlərdə adamlar hətta bazara da getmirlər. Tələbat azala və o zaman məhsulun qiyməti salına bilər".
E.Qəribli qeyd edib ki, müəyyən tədbirlər nəticəsində inflyasiyanın faizi azalmaq üzrədir:
"Bizdə kəskin qar yağmır. Mən inanmıram ki, bu amil böyük təsir göstərə bilsin. Qiymət artımına, inflyasiyaya gəldikdə qeyd etmək lazımdır ki, hazırda əksər ölkələr müvafiq tədbirlər görürlər. Bunun nəticəsində də inflyasiyanın faizi azalır. Buğdanın qiymətində ilin əvvəlindən 6 faiz azalma müşahidə olunur. Bu da öz növbəsində iqtisadi tələbatı azaldır, qiymətlərin azalmasına təkan verir".
Ekspert əlavə edib ki, bu il məhsulların qiyməti 20-30 faiz enəcək:
"Bu il üçün olan proqnozlara görə, qiymət azalmaları baş verəcək. Pandemiya dövründə və geosiyasi qeyri-stabillik səbəbindən müəyyən qida məhsullarında qiymət artımı baş vermişdisə, bu il azalmalar gözlənilir.
İnflyasiyanın özünün də dünya üzrə illik iki-üç faiz artım tendensiyası var. Bunu nəzərə alsaq, görərik ki, bəzi məhsulların qiymətində 20-30 faiz artım baş vermişdisə, bu il müəyyən azalmalar gözlənilir. Bu da dünya iqtisadiyyatının durumundan asılıdır. Ola bilsin ki, bu azalma o qədər də yüksək olmasın".
Nəzrin Vahid

Maraqlı       Tarix: 15 yanvar 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün azerbaycan son xeber bugun beynelxalq bank mezenne hava proqnozu