Səbinə Salmanovanın seçicilərlə görüşü davam edir - FOTOLAR
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası aktiv şəkildə davam edir. 125 dairə üzrə ölkənin bütün ərazilərini əhatə edən təşviqat kampaniyasında namizədlərlə yanaşı seçicilərin böyük fəallığı müşahidə olunur. Seçkiqabağı təşviqat kampaniyası Sumqayıt şəhərində də aktiv şəkildə davam etdirilir.
KONKRET.az xəbər verir ki, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanova seçicilərlə növbəti görüşünü keçirib. 100-lərlə seçicinin iştirak etdiyi görüş namizədin vəkillərinin çıxışı ilə başlayıb. Çıxış edən vəkillər namizədin keçdiyi həyat yolu, ictimai-siyasi sektorda uğurlu fəaliyyəti, onun Sumqayıt ilə bağlılığı haqqında seçicilərə ətraflı və geniş məlumat veriblər.
Bununla yanaşı 1 sentyabrda baş tutacaq növbədənkənar parlament seçkilərinin tarixi əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, Milli Məclisə seçkilər bu ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra Azərbaycanın bütün legitim ərazilərində keçiriləcək ikinci seçki olacaq.
Daha sonra yeni formalaşacaq parlamentin daha uğurlu fəaliyyəti üçün Milli Məclisdə peşəkar kadrların təmsilçilik qazanmasının vacibliyi vurğulanıb. Bu məqam VII çağırış parlamentin işinin daha uğurlu olması üçün vacib şərtlərdən biri kimi qeyd olunub.
Tədbirin davamında çıxış edən seçicilər deputatlığa namizəd Səbinə Salmanovanın fəaliyyətini bəyəndiklərini, ona inandıqlarını bildirib. Çıxış edən seçicilərin "biz deputatı öz səsimiz kimi görürük" vurğusu isə Səbinə Salmanovaya olan inamın göstəricisi kimi qiymətləndirildi.
Seçicilərlə görüşdə deputatlığa namizəd Səbinə Salmanova çıxış edərək seçicilərdən ona ünvanlanan xoş sözlərə görə təşəkkür edib, onların etimadını doğruldacağını bildirib.
Deputatlığa namizəd eyni zamanda namizəd olduğu dairədə görüləcək işlərdən, platformasında nəzərdə tutulan təkliflərdən, gənclərlə bağlı həyata keçiriləcək layihələrdən danışıb. Namizədin çıxışı seçicilər tərəfindən bəyənilib və dəstəklənib.
Sonda 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanova seçicilərin çoxsaylı suallarını cavablandırıb.




İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar