Səfir: Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili üzərində işləyirik

Səfir: Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili üzərində işləyirikAzərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası yaxın vaxtlarda keçirilə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib.
Onun sözlərinə görə, Hökumətlərarası Komissiya iqtisadi əməkdaşlığın ən vacib mexanizmidir.
"Biz növbəti iclasın təşkili, həmçinin müxtəlif nazirliklər arasında ilkin əlaqələrin qurulması üzərində işləyirik. Ümid edirəm ki, bu görüş yaxın vaxtlarda baş tutacaq. Bu görüş, əvvəlkilər kimi, gələcək əməkdaşlıq üçün imkanlarımızı genişləndirməyə imkan verəcək", – səfir vurğulayıb.
O, nümunələrdən biri kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İsrail arasında İsraildəki "Tamar" qaz yatağının işlənməsi layihəsində 10 % payın alınması haqqında sazişi qeyd edib. Səfir bu layihəni yüksək qiymətləndirib və onun iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa böyük töhfə verdiyini bildirib.
"Düşünürəm ki, bu, SOCAR-ın Azərbaycandan kənarda belə məbləğdə investisiya yatırdığı və belə qərar qəbul etdiyi ilk haldır. Onlar "Tamar" rezervuarının 10 %-ni aldılar və Aralıq dənizinin şimal hissəsində yeni qaz yataqlarının kəşfiyyatı üçün tenderi qazandılar. Bu, İsrail və Azərbaycan arasında enerji sahəsində münasibətlərə böyük töhfə olub", – diplomat əlavə edib.
Səfir, həmçinin iki ölkənin "yaşıl enerji" məsələlərində əməkdaşlığının mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, İsrail günəş enerjisi sahəsində texnologiyalara malikdir. Diplomat bildirib ki, ölkə öz təcrübəsini bölüşməyə və azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq imkanlarını araşdırmağa şad olacaq.
O, həmçinin Bakıda keçirilmiş COP29 iqlim sammitinin əhəmiyyətini vurğulayıb: "Azərbaycanda iki nazirin rəhbərliyi ilə İsraildən çox böyük bir nümayəndə heyəti olub. Mən hələ də burada, Bakıda keçirilən və İsrailin də iştirak etdiyi mühüm müzakirələri və iclasları xatırlayıram. Hesab edirəm ki, İsrail iqlim dəyişikliyi və onunla bağlı problemlərin həllinə həm enerji, həm su təchizatı, həm də digər sahələrdə əhəmiyyətli töhfə verə bilər", – R.Kraus vurğulayıb.
Səfir xüsusilə qeyd edib ki, İsrail su texnologiyaları məsələlərində Azərbaycanla əməkdaşlıq edə bilər, çünki ölkənin su çatışmazlığı ilə mübarizədə böyük təcrübəsi var.
"Biz həmçinin bu texnologiyanı dostlarımızla bölüşə bilərik. Bunlar iqlim dəyişikliyi, əhalinin ehtiyacları və ölkələrimiz üçün son dərəcə vacib olan ərzaq təhlükəsizliyi ilə bağlı problemləri həll etməyə imkan verən texnologiyalardır", – R.Kraus bildirib.

Siyasi       Tarix: 04 sentyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun hava durumu ən son xeberler valyuta mezenesi