Səfir: Nizami Gəncəvini yuxuda gördüm, mənə dedi ki...
Səfir: Nizami Gəncəvini yuxuda gördüm, mənə dedi ki...
Dörd ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm və Azərbaycanı çox sevirəm.
Oxu.Az-ın məlumatına görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie media nümayəndələri ilə keçirdiyi görüşdə deyib.
O bildirib ki, ikinci dəfə dünyaya gəlmək şansı olsaydı, Bakını seçərdi.
Səfir qeyd edib ki, xanımı dörd ildir İndoneziyaya getmir.
"Xanımım Bakını çox sevir. O, İndoneziyaya getmək istəmir", - deyə səfir əlavə edib.
Husnan Bey Fananie qeyd edib ki, vücudu Azərbaycan mətbəxi və Xəzər dənizinin suyu ilə zənginləşib.
O bildirib ki, Nizami Gəncəvinin yaradıcılığını dərindən öyrənmək istəyir.
"Mən Nizami Gəncəvini yuxuda görmüşəm. Əlində kitablar var idi. Mənə dedi ki, sən Azərbaycanda xarici vətəndaşsan, amma mənim haqqımda Azərbaycan xalqından çox bilirsən.
Bu, tədbirlərdəki görüşlərdən deyildi, çox fərqlənirdi. Mən yuxudan oyandım və tez bir zamanda Nizami Gəncəvi haqqında araşdırmalara başladım. Mən düşünməyə başladım ki, Nizami Gəncəvini dünyada necə tanıtmaq olar.
İndoneziyaya getdim və Nizami Gəncəvi barədə film istehsalçılarından biri ilə danışdım. Biz və Azərbaycan "Leyla və Məcnun" filmini çəkdik. Filmdə Leyla indoneziyalı, Məcnun isə azərbaycanlıdır. Filmin çox hissəsi Bakıda, bir hissəsi isə İndoneziyada çəkildi. Bu, iki xalqın, iki mədəniyyətin filmidir. Çox qeyri-adi və gözəl filmdir".
Aqşin Kərimov /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb