Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHI

Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHIAzərbaycan diplomatiyasında illər ərzində müxtəlif sahələrdə tanınan ailələrin nümayəndələri mühüm vəzifələrdə təmsil olunub. 
Onların sırasında dövlət xadimlərinin, alimlərin, ədəbiyyat və incəsənət nümayəndələrinin övladları da yer alır.
Bəzi diplomatların fəaliyyəti təkcə tutduqları vəzifələrlə deyil, həm də mənsub olduqları ailələrin ictimai tanınmışlığı ilə diqqət çəkib.
azxeber.com səfir vəzifəsində çalışmış diplomatlar arasında hansı məmur və tanınmış ailələrin nümayəndələrinin yer aldığını araşdırıb.
Azərbaycan diplomatiyasında son diqqətçəkən təyinatlardan biri Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyevin oğlu Nemət Nağdəliyevin səfir vəzifəsinə gətirilməsi olub. 
Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHIPrezident İlham Əliyevin sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 
Nemət Nağdəliyev Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alıb. 
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, akademikAbel Məhərrəmovun oğlu Anar Məhərrəmov da diplomatik sahədə fəaliyyət göstərənşəxslərdəndir. Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHIAnar Məhərrəmov hüquq təhsili alıb, hüquq elmləri doktorudur. O,uzun illər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində müxtəlifməsul vəzifələrdə, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərindəçalışıb. Prezident sərəncamı ilə Anar Məhərrəmov Azərbaycan Respublikasınınİspaniya Krallığında və Andorra knyazlığında, daha sonra isə EstoniyaRespublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrində fəaliyyət göstərib.
Azərbaycan teatr və kino sənətinin tanınmış simaları, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun oğlu İlqar Muxtarov da diplomatiyada yüksək vəzifə tutan şəxslər sırasındadır. İlqar Muxtarov 2022-ci ildə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
 Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHIO, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, daha sonra beynəlxalq hüquq istiqamətində ixtisaslaşıb. İlqar Muxtarov Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb və uzun illər ABŞ istiqaməti üzrə çalışıb. O, Azərbaycanın Meksikadakı səfiri olub, eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda Azərbaycanı təmsil edib.
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı Anarın oğlu Tural Rzayev də diplomatik fəaliyyəti ilə seçilən şəxslərdən biridir.
 Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHIŞərqşünaslıq təhsili alan Tural Rzayev diplomatiyaya qədər jurnalistika sahəsində çalışıb. Daha sonra Xarici İşlər Nazirliyi sistemində fəaliyyət göstərib. O, Azərbaycanın Türkiyə və Rumıniyadakı diplomatik nümayəndəliklərində işləyib. 2010-cu ildə Prezident sərəncamı ilə Azərbaycanın Küveytdə fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Tural Rzayev eyni zamanda yazıçı və tərcüməçi kimi də tanınır.
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə də diplomatik fəaliyyəti ilə tanınan şəxslərdən olub.
Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHIİsfəndiyar Vahabzadə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, filologiya üzrə elmi fəaliyyətlə də məşğul olub. O, müxtəlif illərdə Azərbaycanın Xarici İşlər Nazirliyi sistemində çalışıb.
Prezident sərəncamı ilə İsfəndiyar Vahabzadə Azərbaycanın Pakistan və Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifələrində fəaliyyət göstərib. İsfəndiyar Vahabzadə diplomat olmaqla yanaşı, alim və şair kimi də tanınıb.
Azərbaycanın Yaponiyadakı keçmiş səfiri Gürsel İsmayılzadə də tanınmış elm nümayəndəsinin ailəsindəndir.
 Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHIO, görkəmli tarixçi alim Qüdrət Seyfulla oğlu İsmayılzadənin oğludur. Gürsel İsmayılzadə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Daha sonra Yaponiyada təhsil alaraq beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib. Uzun illər Xarici İşlər Nazirliyində çalışan diplomat 2011-ci ildə Azərbaycanın Yaponiyadakı səfiri təyin olunub.
Azərbaycan diplomatiyasında eyni ailədən olan şəxslərin yüksək vəzifələrdə təmsil olunmasına nümunələrdən biri Həsənov qardaşlarıdır. Dursun Həsənov Azərbaycanın Gürcüstandakı səfiri olub.
Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHIDursun Həsənov
Onun qardaşı Ramiz Həsənov isə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. Ramiz Həsənov bundan əvvəl dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən xarici işlər nazirinin müavini olub.
Azərbaycan diplomatiyasında diqqətçəkən nümunələrdən biri də ailə olaraq səfir postunda təmsil olunan diplomat cütlükdür. Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı səfiri olub. Onun keçmiş həyat yoldaşı Leyla Abdullayeva isə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Hüseyn Hüseynov uzun illər Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib, Azərbaycanın xarici nümayəndəliklərində çalışıb.
Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHIFəridə Əsədzadə

Siyasi       Tarix: 07 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda bugünkü son xəbərlər bugünki xəbərlər hava durumu