Səhər oyandıqda 5-10 dəqiqə bu baş verirsə... - XƏBƏRDARLIQ

Səhər oyandıqda 5-10 dəqiqə bu baş verirsə... - XƏBƏRDARLIQ"Səhər oyandıqdan 5-10 dəqiqə sonra öskürürsünüzsə, və gecə boyu yığılan bəlğəm gəlirsə, sizdə bronşektazi ola bilər".
KONKRET.az xəbər verir ki, bunu Prof. Dr. Tevfik Özlü bildirib.
Onun sözlərinə görə, bu xəstəlik ürək və böyrək funksiyasına da mənfi təsir göstərə bilər.
"Ona görə də bu xəstələrə tez bir zamanda diaqnoz qoyulması, izlənilməsi və müalicə olunması vacibdir", – deyə professor qeyd edib.
"Bronşektazi" iltihab və infeksiya nəticəsində ağciyərlərə hava daşıyan tənəffüs yollarının (bronxların) divarlarının genişlənərək daim qalınlaşdığı xroniki ağciyər xəstəliyidir.
"Bronşektazi" əlamətlərinin bir çox xəstəliklə qarışdırıldığına diqqət çəkən professor bu xəstəlikdən əziyyət çəkənlərə bəzən uzun illər diaqnoz qoyula bilmədiyini vurğulayıb:
"Bu xəstəliyin əlamətləri bir çox xəstəliklər, əsasən də digər ağciyər xəstəlikləri ilə qarışdırıla bilər. Ona görə də xəstələrə müxtəlif diaqnozlar qoyula bilir. Beləliklə, onlar yanlış müalicə olunurlar və vəziyyət daha da pisləşir.
Bu xəstələrə astma, KOAH və ya pnevmoniya diaqnozu qoyula bilir. Xəstələr bundan həm zərər görə bilər, həm də proses proqressivləşə bilər".
Prof. Dr. Özlü "Bronşektazi"nin əslində keçirici tənəffüs yollarında anormal, lokal, qalıcı genişlənmə olduğunu qeyd edib:
"Bu genişlənmələr tənəffüs yollarının dinamikasını pozur və orada ifrazatlar toplanır, infeksiyalar baş verir və xəstə bəzi simptomlar yaşayır. "Bronşektazi" xəstələrinin ən böyük şikayəti xroniki öskürəkdir. İllərlə bitməyən və hər gün təkrarlanan öskürəklər… Ancaq bu öskürəklərin əhəmiyyətli fərqi hər dəfə bəlğəmlə müşayiət olunmasıdır".
Həkimin sözlərinə görə, bu, xəstələri həyatdan bezdirir:
"Çünki sosial mühitlərdə – işdə, avtobusda, təyyarədə, və ya evdə başqa insanlarla birlikdə olduqda öskürək və bəlğəm çıxarma ehtiyacı yaranır. Bu, xəstəni çətin vəziyyətə sala bilər. Bəzən bəlğəmdə qan görünə bilər. Bundan başqa, nəfəs alarkən xırıltı ola bilər".
Professor "Bronşektazi" xəstəliyinin müalicəsində erkən diaqnozun əhəmiyyətini xüsusi vurğulayıb.
"Nəfəs darlığı, hərdən qızdırma, halsızlıq baş verə bilər. Bu proses davam edərsə və irəliləsə, sağ ürək gərginliyinə, ürək xəstəliyinə və ya böyrək funksiyalarına da mənfi təsir göstərə bilər. Ona görə də bu xəstələrə ən qısa zamanda diaqnoz qoyulması, izlənilməsi və müalicə olunması vacibdir. Xəstəliyin yüngül formalarda müalicəsi dərmanlar və tibbi nəzarətlə ola bilər. İnfeksiyaların qarşısının alınması, peyvəndlərin tətbiq edilməsi, xəstənin bəlğəm atmasına kömək edən bəzi köməkçi dərmanlardan və ya bəzi üsullardan istifadə etmək, bəzən isə nəfəsaçan dərmanlar bu məsələdə xəstəyə kömək edə bilər.
Xəstəliyin sonrakı məsrhələlərində isə anormal böyümələri cərrahi müdaxilə ilə aradan qaldırmaq mümkündür", – deyə professor bildirib.//Medicina.az

Sağlamlıq       Tarix: 03 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu


son xeberler yeni xeberler azerbaycan xeberleri dunyada son xeberler son xeberler bugun 2026 muharibe son xeber az valyuta mezennesi