Səhər yeməyinə bunları yemək faydalıdır

Səhər yeməyinə bunları yemək faydalıdırBütün gündəlik əhvalımız səhər yeməyindən asılıdır, buna görə səhər günə gözəl başlamaq çox vacibdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər maqnezium, lif, kalium və kalsium kimi maddələrlə zəngin qidalar seçməyi və şəkər çox olan qidalardan çəkinməyi məsləhət görürlər. Ən azı 300-350 kalori olan balanslı bir səhər yeməyi sağlam qidalanma hesab olunur və bütün günü enerji üçün kifayət edir. Şəkərsiz süd məhsulları, bütün növ dənli bitkilər, tərəvəz və meyvələrə üstünlük vermək daha yaxşıdır.
Səhər qəbul etdiyiniz qidaların bəziləri haqqında bilmədiklərinizi sizə təqdim edirik.
Yulaf yarması ən yaxşı səhər yeməyi seçimlərindən biridir. Bütün taxıllar kimi yulaf yarması da lif, bitki mənşəli protein, B vitaminləri və minerallar, o cümlədən dəmir, kalsium və maqnezium ilə zəngindir. Yulaf yarması xolesterolu normallaşdıran beta-qlükan sayəsində ürək xəstəlikləri riskini azaldır.
Yumurta
Yumurtalarda A, D və B12 vitaminləri var. İki böyük yumurtada, tələb olunan gündəlik dozanın 50% -dən çoxu var. Bu da yaddaşa və əhval-ruhiyyəyə müsbət təsir göstərir. Bir yumurtada orqanizmimizdə dəri, qan və sümüklər üçün zəruri olan təxminən 8 qram protein var. Bundan əlavə yumurta bütün taxıllar, pomidor, eləcə də brokkoli və göbələk ilə yaxşı gedir. Bunlarla da səhər yeməyi bişirə bilərsiniz.
Şirinləşdirilməmiş süd məhsulları, maddələr mübadiləsini gücləndirən protein və faydalı probiyotiklərlə doludur.
Fol turşusu və B6 vitamini sayəsində bananlar serotonin istehsalına və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Normal səhər yeməyi üçün, yulaf yarmasına banan və bir qaşıq kətan toxumu əlavə etməyi məsləhət görürük.
Qara çay və ya qəhvənin tərkibində şişkinliyi azaldan antioksidanlar və kofein var. Ama bu içkilərə şəkər əlavə etməmək mütləqdir.
Yağlı latte, səhər yeməyi sevməyənlər üçün əla vasitədir. Böyük bir fincan latte təxminən 13 qram proteinə malikdir, eyni zamanda çox miqdarda süd səbəbindən kalsium və kalium ehtiva edir.
Dənli bitkilər orqanizmi antioksidanlarla təmin edir. Kalsium, maqnezium, sink və dəmir kimi minerallarla da zəngindir. Bundan əlavə, B vitamini bədənə lazımi enerji verir.
Avokadolar ürəyin "dostu"yağlar, bol miqdarda su və liflərlə zəngindir. Bu birləşmə uzun müddət doyma hissi yaradır.
Fındıq və fıstıq yağı da ürək üçün faydalı olan doymamış yağlarla zəngindir və xroniki xəstəliklər riskini azaldır.
Giləmeyvə qan damarlarını qoruyur və qan dövranını artırır. Bir stəkan qarağatın tərkibində təxminən 9 qram lif və tövsiyə olunan gündəlik C vitamini normasının 50% -i var.
Pendir
Çox miqdarda protein ehtiva edir. Bundan əlavə, süd məhsulları kalsium, kalium və maqneziumla zəngindir, bu da şişkinliyi azaldır və qan təzyiqini normallaşdırır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 25 may 2020
f Paylaş

Oxşar xəbərlər

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər en son xeberler bu gun cəbhədən görüntüleri son xeberler bugun 2026 canli