Şəhid ailələri və müharibə əlillərinə müavinətlərin verilməsi ilə bağlı TƏKLİF

Şəhid ailələri və müharibə əlillərinə müavinətlərin verilməsi ilə bağlı TƏKLİFŞəhid ailələri və müharibə əlillərinə müavinətlərin verilməsi ilə bağlı TƏKLİF
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn formatda iclası keçirilib.
Onlayn iclasda əvvəlcə "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub. 
Komitə sədri Musa Quliyev sentyabrın 27-dən başlayan 44 günlük müharibə ilə Azərbaycan ordusunun xalqımıza unudulmaz zəfər bəxş etdiyini, bu zəfərin Azərbaycanın dövlətçilik tarixinə və döyüş salnaməsinə qızıl hərflərlə həkk edildiyini qeyd edib. 
Musa  Quliyev deyib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında" və 3 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında"  Sərəncamlarından irəli gəlib.
Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin  siyahısına 8 noyabr - Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid  edilir. 
Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir:
"Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad  edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - "Azərbaycan Respublikasında Anım günü"dür. Həmin gün iş günü hesab edilir.
Qanun layihəsi yekdilliklə Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.
Onlayn iclasda gündəmin aktual məsələlərindən olan "Koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri" ilə bağlı komitədaxili dinləmə keçirilib.
Komitənin üzvü Soltan Məmmədov bildirib ki, koronavirus  pandemiyası bütün dünya dövlətləri,  o cümlədən Azərbaycan üçün ciddi  sınaqlar  yaradıb. Beynəlxalq əməkdaşlıq, dünya  təcrübəsinin  öyrənilməsi,  ölkənin imkanlarının tam səfərbər edilməsi, fövqəladə vəziyyətlərə  hazırlıq, qabaqlayıcı addımların atılması sahəsində Azərbaycan virusun yayılma sürətini xeyli  azalda bilib. 
Pandemiya dövründə ölkəmizdə həyata keçirilən düzgün dövlət siyasəti, xüsusi karantin rejiminin tətbiqi, məhdudlaşdırıcı  tədbirlər və virusun tez aşkarlanması sayəsində nisbətən az itkilər müşahidə olunub. İstifadə edilən reaktivlər ən yüksək standartlara cavab verir. 
Soltan Məmmədov virusla mübarizədə Azərbaycan səhiyyə sisteminin rolu, stasionar tibbi personalın hazırlıq səviyyəsi ilə bağlı ətraflı danışıb. O vurğulayıb ki, yoluxma səviyyəsinə uyğun olaraq koronavirusa yoluxmuş xəstələr 46 dövlət xəstəxanasında müalicə ala bilirlər.  Tələb olunan avadanlıqlar, çarpayı sayı, modul  tipli  xəstəxanaların sayı kifayət  qədər  artırılıb.
Komitə üzvü COVID-19 pandemiyası dövründə aparılan maarifləndirmə xarakterli  tədbirlərdən də söz açıb və pandemiyanın ölkənin sosial-iqtisadi vəziyyətinə təsirləri barədə məlumat verib. 
Qeyd  olunub ki, ölkəmizin hazırkı yoluxma statistikası ürəkaçan olmasa da, onun minimuma endirilməsi üçün hamı birlikdə mübarizə aparmalıdır. Deputat indiki şəraitdə daha çox məsuliyyətin vətəndaşların üzərinə düşdüyünü deyib və hər kəsi qaydalara ciddi riayət etməyə çağırıb.  
Sonra komitədə "Müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair" komitədaxili dinləmə keçirilib.
Komitə üzvü Vüqar Bayramov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Onlara dövlət qayğısının artırılması daim diqqət mərkəzindədir.
Hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur. Belə ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanuna uyğun olaraq, hər şəhid ailəsinə 11 000 manat məbləğində sığorta ödənişi həyata keçirilir. Hər şəhid ailəsinə 300 manat Prezident təqaüdü verilir. Şəhidlərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanır.
Deputat bildirib ki, mənzil təminatı da daxil olmaqla belə ailələr üçün fərqli dəstək mexanizmləri icra olunmaqdadır. Müharibə əlilləri üçün 12 birbaşa və təşviqedici güzəşt icra edilir. Birinci, ikinci və üçüncü qrup müharibə əlillərinə müvafiq olaraq 8800 manat, 6600 manat, 4400 manat, ağır xəsarət (yaralanma, travma, kontuziya) alan müharibə iştirakçılarına 2750 manat və yüngül xəsarət (yaralanma, travma, kontuziya) alanlara isə 550 manat sığorta ödənişi həyata keçirilir. 
Əmək pensiyası almaq hüququ olmayan əlillərə (hərbi xidmət dövründə xəstələnmə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar,  hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) - I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manat,  III dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində sosial müavinət verilməsi müəyyən olunub.
Belə şəxslərə müvafiq qaydada 250 manat, 230 manat və 210 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyə görə mülki vətəndaşlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 261 manat, hərbi qulluqçulara ödənilən əmək pensiyasının orta aylıq məbləği isə 515 manat təşkil edir. Onlar  üçün pulsuz tibbi müalicə kursları tətbiq  edilir.
Vüqar  Bayramov çıxışında bildirib ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə-kəndli təsərrüfatının üzvləri məşğul hesab olunurlar. Xeyli sayda şahid ailələri və müharibə əlillərinin pay torpaqları var və onlar məhz bu səbəbdən məşğul hesab olunurlar. Bu da bir sıra hallarda belə ailələrin sosial proqramlara çıxış imkanlarını məhdudlaşdırır. Deputat  bu  məhdudiyyətin  aradan qaldırılması ilə   bağlı  qanunvericiliyə  yeni  maddənin əlavə  edilməsini təklif edib.
Deputat müharibə əlillərinə güzəştli ipoteka krediti almaq hüququnun verilməsi, müharibə əlillərinin övladlarına  da şəhid ailələrində olduğu kimi dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişsiz formada təhsil almaq  hüququnun verilməsi ilə bağlı  təkliflərini  səsləndirib.
Komitə üzvləri Rauf Əliyev, Ziyad Səmədzadə, Səttar Mehbalıyev, Əziz Ələkbərli, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Arzu  Nağıyev, İlham Məmmədov, Aqil Məmmədov müzakirə  edilən məsələlərlə  bağlı  fikirlərini  bildiriblər.  
İclasın sonunda hər iki dinləmənin pandemiya bitdikdən  sonra geniş auditoriyada, aidiyyəti  icra  hakimiyyəti  orqanlarının,  mütəxəssislərin və QHT  nümayəndələrinin iştirakı ilə  keçirilməsi  qərara alınıb.
Şəhid ailələri və müharibə əlillərinə müavinətlərin verilməsi ilə bağlı TƏKLİFŞəhid ailələri və müharibə əlillərinə müavinətlərin verilməsi ilə bağlı TƏKLİF

Sosial       Tarix: 07 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta beynelxalq bank mezenne xeber.az son xeberler sonxeber az