Səhiyyə Nazirliyi: "Profilaktik yoxlama məqsədilə KT müayinəsi aparılmamalıdır"

Səhiyyə Nazirliyi: Səhiyyə Nazirliyi bir insanın il ərzində neçə dəfə kompüter tomoqrafiyasından keçməsinin mümkünlüyünə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, qurumun mütəxəssis-eksperti Ağakişi Yəhyayev bunun üçün səhhətində problem olan şəxsin xəstəliyinin müəyyənləşdirmək lazım olduğunu bildirib.
O qeyd edib ki, əgər bir xəstə xərçəngdirsə və onun kimyəvi müalicə müddəti şiş toxumasının ölçülərindən asılıdırsa, bu təqdirdə hər üç aydan bir KT-dən keçə bilər: "Eləcə də, əgər xəstə ağır beyin əməliyyatı keçirib və onun vəziyyəti daha da ağırlaşıbsa, bu zaman beynində baş verən prosesləri dəyərləndirmək üçün ard-arda KT müayinəsi təyin oluna bilər. Sadəcə profilaktik yoxlamaq məqsədilə KT müayinəsi aparılmamalıdır. Ümumiyyətlə, müayinə metodunun hansı aralıqda istifadə olunması xəstəliyin növündən asılıdır. Burada insan orqanizminə olan zərərdən danışırıqsa, ultrasəs və MRT-nin zərəri olmadığı üçün məhdudiyyət yoxdur".
Ekspertin sözlərinə görə, tomoqrafiyada şüa olduğu üçün tez-tez müayinə metodu kimi istifadə olunmur: "Bu yenə də xəstəliyin növündən asılıdır. Məsələn, yeni neyrocərahiyyə əməliyyatı olan şəxsdə hansısa fəsad yaranıbsa, cərrah bir həftə ərzində davamlı tomoqrafiya müayinəsini təyin edə bilər. Onkoloji xəstələrdə ilk üç ay, sonra altı aydan və bir ildən bir tomoqrafiya tələb oluna bilər. Təkrar müayinələrin tələbi xəstəlikdən və ilk ultrasəs müayinəsi zamanı tapılmış əlamətlərdən asılı olur. Ultrasəs müayinə başlanğıc müayinə metodudur. Başlanğıcda əgər yüngül dəyişikliklər tapılıbsa (məsələn, qaraciyərin yağlanması, öd kisəsində və böyrəkdə daş), bu zaman ultrasəs müayinəsinin nəticəsi bizi qane edir. Əgər xəstənin şikayətləri ilə təmiz çıxan ultrasəs müayinəsi üst-üstə düşmür, yaxud da ultrasəsdə şübhəli bir məqam varsa, o zaman həkim xəstənin digər radioloji müayinələrdən keçməsini zəruri hesab edə bilər. Xəstəliyin gedişatından asılı olaraq, müayinənin hansı ardıcıllıqla aparılacağına həkim qərar verir".

Sağlamlıq       Tarix: 19 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler 2026 xeberler az enson xeberler cəbhədən şad xəbər