Şəkərli diabet xəstələri və ölənlərin sayı açıqlanıb: Ən çox qadınlar...
Ötən il Azərbaycanda şəkərli diabet diaqnozu ilə ilk dəfə 27 157 nəfər qeydə alınıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, onlardan 11 965 nəfərini kişilər, 15 192 nəfərini isə qadınlar təşkil edib. Qeydiyyata alınmış xəstələrdən 173-ü 0-13 yaş qrupuna, 119-u 14-17 yaş qrupuna, 360-ı 18-29 yaş qrupuna, 26 505-i isə 30 və yuxarı yaş qrupuna aiddir.
Bildirilib ki, ümumi saydan insulindən asılı şəkərli diabet xəstələrin sayı 1 265 nəfərdir. Onlardan 169-u 0-13 yaş aralığına, 102-si 14-17 yaş aralığına, 162-si 18-29 yaş aralığına, 832-si 30 və yuxarı yaş aralığına aiddir.
Qeyd olunub ki, tibb müəssisələrində şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı, ilin sonuna 272 842 nəfər olub. Onlardan 123 120 nəfərini kişi, 149 722 nəfərini isə qadınlar təşkil edib.
Tibb müəssisələrində qeydiyyatda olan insulindən asılı şəkərli diabet xəstələri isə 30 740 nəfər olub. Onlardan 950 nəfəri 0-13 yaş qrupuna, 833 nəfəri 14-17 yaş qrupuna, 3 507 nəfəri 18-29 yaş, 25 450 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.
2019-cu ildə xəstəxanalarda şəkərli diabetdən müalicə olunanların sayı 16 785 nəfər olub.
Məlumatda bildirilib ki, ötən il şəkərli diabetdən 532-si kişi, 814-ü qadın olmaqla, 1 346 nəfər ölüb. Şəkərli diabetdən ölənlərin sayı digər şəhər və rayonlara nisbətən Bakıda 121 nəfər, Şəmkirdə 81, Masallıda 61, Tovuzda 50 nəfər olmaqla daha çox olub.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ