Şəkinin istifadəsiz qalıb, dağılan tarixi hoteli: "Təmiri ciddi xərc tələb edir" - FOTO
Şəkinin istifadəsiz qalıb, dağılan tarixi hoteli: "Təmiri ciddi xərc tələb edir" - FOTO
Şəki şəhərində yerləşən, sovet dövründə tikilmiş tarixi hotel illərdir ki, istismara yararsız vəziyyətdə saxlanılır.
Bununla bağlı Oxu.Az-ın redaksiyasına müraciət edən Şəki sakinləri məlumat veriblər. Onlar qeyd ediblər ki, turizm potensialı yüksək olan, hotellərində gecələmək üçün az qala yer tapılmayan, Şəki kimi tarixi bir şəhərdəki hotel 30 ildir istismara yararsız vəziyyətdə saxlanılır.
Həmin məşhur hotel memarlıq üslubuna görə Şuşa şəhərində təmir olunaraq, istifadəyə verilən "Qarabağ" hotelinin eynisidir. Hər iki obyekt o dövrdə rəmzi olaraq inşa edilib.
Bəs maraqlıdır, Şəkinin mərkəzində yerləşən, turistlərin diqqətini cəlb edən, əhəmiyyətli hotel niyə istifadəsiz saxlanılır?
Oxu.Az-ın əməkdaşı 1990-cı ildən etibarən hoteli özəlləşdirən sahibkarla əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən müsahibimiz hotelin ona atasından qaldığını söyləyib:
"Sovet dövründə həmin hotel tikiləndə atam elə tikinti başa çatmadan onu özəlləşdirib. Daha sonra bu obyekt mənim adıma keçdi. Hotelin adı o zamanlar "Səbuhi" olub. Bu konstruksiyada hotellər sovet dövründə Şamaxıda, Naftalanda, Şəkidə və Şuşada tikilib. Həqiqətən də, tarixi əhəmiyyətli tikililərdir.
Bilirsiniz, son illərə qədər Şəkinin turizm potensialı o qədər də təbliğ edilmirdi, şəhərə turist axını yüksək deyildi. Turizm inkişaf etməyə başlayanda hotel artıq istifadəyə yararlı deyildi, ciddi xərc tələb edirdi. Dövlətin dəstəyini almaq üçün Sahibkarlığın İnkişafı Fonduna kreditlə bağlı müraciət etdik. Lakin heç bir cavab ala bilmədik. Şəkinin imkanlı şəxslərindən bir neçəsi təklif etmişdi ki, iki-üç mərtəbəsini təmir edib, istifadəyə verək. Amma bu da uyğun çıxış yolu deyil. Hotel başdan-ayağa ciddi təmir olunmalıdır, fasadı yenilənməlidir. Bu çox maliyyə tələb edir. Hazırda bir neçə yerdən investisiya qoyuluşu haqqında təkliflər var. Dəyərləndirib, uyğun variantı seçəcəyik. Güman edirəm ki, 2025-ci ilə qədər hoteli yenidən istifadəyə verə biləcəyik".

Aysel Aslan

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu