Şəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTO

Şəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTO
İyulun 7-də Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Şəki şəhərinin turistlərin ən çox üz tutduğu tarixi unikal məkanlardan biri olduğunu qeyd edərək şəhərin tarixi hissəsinin mühafizəsi və inkişafının dövlətin daim diqqətində olduğunu bildirib.
Fuad Nağıyev DTA-nın tabeliyində olan qoruqların hər birinin ərazisində aktiv və kompleks işlərin aparıldığını, əsas məqsədin mədəni-tarixi irsimizi qoruyaraq onları daha maraqlı və cəlbedici etmək olduğunu vurğulayıb. Agentlik sədri UNESCO ekspertləri ilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, Şəkidən başqa "Xınalıq" qoruğunun da UNESCO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2 il öncə verilmiş qərarın Şəki üçün müstəsna əhəmiyyət daşıdığını bildirərək şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verəcəyini bildirib.
Elxan Usubov bu hadisəni mədəni və tarixi irsin qorunması, eləcə də ölkənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi hesab etdiyini qeyd edib. O, hər il 7 iyul tarixinin Şəkidə "Şəhər günü" olaraq keçirilməsi təklifi ilə çıxış edib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında bildirib ki, Şəkinin böyük turizm imkanları bölgədə fəaliyyət göstərən KOB subyektləri və potensial sahibkarlar üçün əlavə üstünlüklər yaradır.
Orxan Məmmədov turizm sahəsində sahibkarlığın təşviq olunmasının KOBİA-nın fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri Vasif Eyvazzadə Şəkinin Ümumdünya İrs Siyahısına düşməsinin uzun və çətin yol nəticəsində baş verdiyini bildirərək Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.
Elnur Sultanov Ümumdünya İrs Siyahısına daxil olunma ilə bağlı UNESCO sertifikatını Fuad Nağıyev və Elxan Usubova təqdim edib.
Həmçinin tədbir əsnasında Şəkidə tarixi-mədəni irsin qorunub saxlanmasında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif olunub. Təqdimat mərasimində Milli Məclisin deputatı Vüqar İskəndərov, digər rəsmi şəxslər, eləcə də yerli icma nümayəndələri iştirak ediblər. Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Şəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTOŞəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olundu - FOTO

Turizm       Tarix: 10 iyul 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər cəbhədən ən son xəbər valyuta mezennesi 2026 xeberler bu qun