Səkkiz ölkə Trampa qarşı birləşdi

Səkkiz ölkə Trampa qarşı birləşdiABŞ-nin Qrenlandiya siyasətinə dəstək vermədikləri üçün 8 Avropa ölkəsinə gömrük rüsumu tətbiq etmək qərarı tərəflər arasında yeni gərginliyə səbəb olub. Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç və İngiltərə rəsmi Vaşinqtona xəbərdarlıq edərək, bu addımın NATO müttəfiqliyinə zərər verəcəyini bildiriblər.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, sözügedən 8 Avropa ölkəsinə:
1 fevral 2026-cı ildən etibarən 10 faiz;
1 iyun 2026-cı ildən etibarən isə 25 faiz gömrük rüsumu tətbiq olunacaq. Bu rüsumlar Qrenlandiyanın tamamilə ABŞ-yə verilməsi ilə bağlı razılaşma əldə olunana qədər qüvvədə qalacaq.
Tramp iddia edir ki, ABŞ-nin milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı var və bu bölgə "Qızıl Qübbə" müdafiə sistemi üçün həyati əhəmiyyət kəsb edir. O, ABŞ-nin adanı satın almasına qarşı çıxan və Danimarkaya hərbi-diplomatik dəstək verən Avropa ölkələrini cəzalandırmaq niyyətindədir.
8 Avropa ölkəsi ortaq bəyanat yayaraq bu addımı sərt tənqid ediblər:
"Danimarka Krallığı və Qrenlandiya xalqı ilə tam həmrəyik. Suverenliyimizi qorumaqda qərarlıyıq", – deyə bildirilib.
Avropa ölkələri Arktika bölgəsinin təhlükəsizliyinin NATO-nun məsuliyyəti olduğunu və gömrük hədələrinin transatlantik münasibətləri zəiflətdiyini vurğulayıblar.
Danimarka müttəfiqləri ilə bölgədə hərbi əməkdaşlığı artırmağa çağırıb, bəzi ölkələr isə Qrenlandiyaya kiçik hərbi bölmələr göndərəcəklərini açıqlayıblar.
Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiya Xarici İşlər nazirləri arasında görüşlər keçirilsə də, əsas ixtilaflar həll olunmamış qalır. Qrenlandiya (Danimarkaya bağlı muxtar bölgə) daha əvvəl suverenliyin ABŞ-yə verilməsi ilə bağlı bütün təklifləri rədd edib.

Siyasi       Tarix: 19 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat novruz bayramı maşın realiti şou valyuta mezenesi