Selektiv abortlar, artan cinsi xəstəliklər, yoxsa pulsuz prezervativ paylamaq: Hansı daha AYIBDIR? - ARAŞDIRMA

Selektiv abortlar, artan cinsi xəstəliklər, yoxsa pulsuz prezervativ paylamaq: Hansı daha AYIBDIR? - ARAŞDIRMASelektiv abortlar, artan cinsi xəstəliklər, yoxsa pulsuz prezervativ paylamaq: Hansı daha AYIBDIR? - ARAŞDIRMA
Heç kəsə sirr deyil ki, Azərbaycan selektiv abortlar üzrə dünyada birinci yerdə qərarlaşır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbət ciddi şəkildə pozulur. Elə 2021-ci ilin statistikası da bunu sübut edir. Həmin göstəricilərə əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşür. Ümumilikdə isə son statistik məlumatlardan Azərbaycanda abort sayının təxminən 12 min civarında artdığı görünür. Belə ki, 2021-ci ildə ölkədə rəsmi 46 877 abort hadisəsi qeydə alınıb. 2020-ci ildə isə bu rəqəm 34 700 olub. Yəni bir ildə 35 faizlik artım baş verib. 
Abort etdirənlərin yaş aralıqlarına nəzər saldıqda isə ayrı bir xoşagəlməz mənzərə ilə üzləşirik. Çünki ötən il ərzində 2 428 nəfər abort etdirən qadın 15-19 yaşlarında olub. Onlardan 29 nəfər məktəbyaşlıdır (15-17 yaş). 
Hazırda arzuolunmaz hamiləlikdən qorunmağın müxtəlif yolları var. Onlar arasında ən populyar olanlardan biri də prezervativ istifadəsidir. Bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Makronun 2023-cü ildə apteklərdə prezervativlərin 18-25 yaşlı bütün gənclər üçün pulsuz olacağını açıqlaması Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. Əksəriyyət hətta təhqiramiz ifadələr işlədərək bir dövlət başçısının belə qərarı açıqlamasının gülünc olduğunu bildirdi. Lakin qeyd etmək lazımdır ki, qoruyucu istifadəsi təkcə arzuolunmaz hamiləlikləri önləyərək abortların sayını azaltmır, həm də cinsi yolla yayılan xəstəliklərin qarşısını alır. 
Bəs görəsən, abort sayına görə birinci sırada dayandığımız halda, hansısa ölkədə prezervativin pulsuz paylanılması insanımızı niyə güldürür? Prezervativin sağlamlığa ziyanı varmı? Azərbaycanda Fransadakı kimi addım atılmasına ehtiyac duyulurmu? Ümumiyyətlə, arzuolunmaz hamiləlikdən qorunmaq üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı Oxu.Az-a danışan ginekoloq Təranə Həsənova diqqətə çatdırıb ki, prezervativ istisna olmaqla hamiləlikdən qoruyan bütün vasitələr qadınlara aiddir:
Selektiv abortlar, artan cinsi xəstəliklər, yoxsa pulsuz prezervativ paylamaq: Hansı daha AYIBDIR? - ARAŞDIRMA"Prezervativin isə sağlamlığa qətiyyən mənfi təsiri yoxdur, nə kişi, nə də qadın sağlamlığına ziyan vurur. Əgər bunun sağlamlığa mənfi təsiri olsaydı, istehsal olunmazdı. Birmənalı şəkildə deyim ki, hamilələlikdən qoruyan vasitələrin heç biri sağlamlığa mənfi təsir etmir. Çünki onlar çox böyük farmasevtik zavodlar tərəfindən istehsal olunur. İstehsaldan əvvəl illərlə onların üzərində elmi-tədqiqat işləri aparılır. Bu gün yalnız sağlamlığa mənfi təsiri olmayan, hamiləlikdən effektiv şəkildə qoruyan vasitələr istehsal edilir". 
Müsahibimiz Fransanın doğru addım atdığını bildirərək prezervativin faydalarından söz açıb:
"Fransa çox düzgün qərar qəbul edib, hətta bəlkə də, son illərdə qəbul etdiyi ən düzgün qərardır ki, bu, təkcə hamiləliyin qarşısının alınması məqsədini daşımır. Prezervativin daha vacib bir funksiyası var - cinsi yolla yayılan xəstəliklərin qarşısını birmənalı olaraq alır. Hamiləlikdən qoruyan vasitələrin heç biri - uşaqlıqdaxili spiral, spermisit, dərialtı implant, həblər cinsi yolla yayılan xəstəliklərin qarşısını almaq qabiliyyətində deyillər. Ona görə də prezervativin əhəmiyyəti böyükdür. 18-25 yaşlı insanlar cinsi münasibətə girərkən, bəlkə də, cinsi yolla yayılan xəstəliklərdən xəbərdar olmurlar. Ona görə də həmin xəstəliklər sürətlə yayılır. Bu səbəblə prezervativin onlara pulsuz paylanması çox məntiqlidir".
Ginekoloq hesab edir ki, bizim cəmiyyətdə buna yaxşı baxmayanlar xəstəliklərdən xəbərdar olmayanlardır:
"Bir məsələni nəzərinizə çatdırım ki, Azərbaycanda nikahdan əvvəl şəxs sifilis, QİÇS (AIDS) xəstəlikləri üzrə yoxlanılır. Onunla bağlı statistika isə ildə bir dəfə açıqlanır. Həmin statistik göstəricilərdən də məlum olur ki, hər il nikaha daxil olan cavan oğlanların neçə faizində QİÇS, neçə faizində sifilis aşkarlanır. Bəs nə üçün bu aşkarlanır? Çünki o gənclər cinsi yolla yayılan xəstəliklər barədə məlumatlı deyillər. Onlar, sadəcə, cinsi istəklərini təmin etmək məqsədilə tanıdıqları və ya tanımadıqları qadınlarla cinsi münasibətə daxil olurlar, nəticədə xəstəliklərə yoluxurlar. Çünki qarşı tərəfin nə dərəcədə sağlam olub-olmaması barədə məlumatları olmur. Bu, yalnız rəsmi nikaha daxil olmadan öncə analiz verərkən ortaya çıxır. Kaş Azərbaycanda da prezervativ pulsuz olaydı, həm də prezervativin nəyə xidmət elədiyi barədə insanları maarifləndirici bir proqram təşkil ediləydi. Onlar bunun əhəmiyyətini bilib istifadə etsələr, həm qadınlar arzuolunmaz hamiləlikdən qorunmuş olarlar, həm də cinsi yolla keçən xəstəliklər yayılmaz".
Həmsöhbətimiz arzuolunmaz hamiləliyi önləmə yollarından da bəhs edib:
"Arzuolunmaz hamiləlikdən qorunmaq üçün xanımlar, onlara zəhmət olsa belə, ilk növbədə həkimə müraciət etməlidirlər. Həkimlər konkret olaraq onlara yol göstərəcəklər. Yolların nələrdən ibarət olması barədə isə qısaca məlumat verim.
Birinci - son illərdə Avropa və ABŞ-də çox geniş yayılan dərialtı implantlardan başlayaq. Dərialtı implant kiçik kibrit dənəsi boydadır. Həkim tərəfindən qoyulur, üç il müddətinə qədər qalır, zəif miqdarda hormon ifraz edir və nəticədə çox effektli şəkildə qadını hamiləlikdən qoruyur. Effektivliyi 96-97 faizdir.
İkinci yerdə effektivliyi 94-95 faiz olan uşaqlıqdaxili spirallar dayanır. Bu, Azərbaycanda çox populyardır. Uşaqlıqdaxili spirallar növlərindən asılı olaraq dörd-beş illik ola bilir. Uşaqlıq boşluğuna qoyulur.
Üçüncü sırada hormonal həblər dayanır. Hormonal həblər üzərində ox işarələri göstərilir, həmin işarələr istiqamətində hər ay eyni gündə, eyni saatlarda içilir və nəticədə qadını hamiləlikdən qoruyur. 
Digər bir üsul spermisitlərdir. Onlar da uşaqlıq yoluna qoyulan, hamiləlikdən qoruyan vasitələrdir. Bu vasitələrin hamısı effektivdir, amma heç bir vasitə hamiləlikdən yüz faiz qorumur. Ancaq qadınlar bu vasitələrdən istifadə edərək abortdan qaçmalı və öz sağlamlıqlarını qorumalıdırlar. Bu yolla övladlarının dünyaya gəlməsini planlı şəkildə apara bilərlər".
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 836 nəfər sifilis xəstəliyinə yoluxub. 2020-ci ildə bu göstərici 666 olub. Ümumilikdə isə xəstəlik 2016-cı ildən etibarən Azərbaycanda artmağa başlayıb. Ölkədə 2012-2015-ci illərdə bu xəstəliklə bağlı orta rəqəm 490 olduğu halda, 2016-2020-ci illərdə 80 faizə yaxın artaraq 870-ə çatıb. 2022-ci ilin avqust ayında Azərbaycanda 2 222 sifilis xəstəsi tibb müəssisələrində qeydiyyatda olub, onların 66 faizi kişi, 34 faizi isə qadınlardır. 
QİÇS-lə bağlı isə onu qeyd etmək lazımdır ki, bu xəstəlik Azərbaycanda aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin ilk beş ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8 202 nəfər qeydiyyatda olub. Onlardan 5 704-ü (69,6%) kişi, 2498-i (30,4%) qadındır. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov mətbuata açıqlamasında bu xəstəliyin ən çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında yayıldığını söyləyib.
Sayad Həsənli

Maraqlı     Baxılıb: 206   Tarix: 14 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT. Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. Tədqiqa

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin


yeni xeberler son xeberler azerbaycan xeberleri hava xəbərlər bugun xeberler ən son xeberler