Selen tərkibli qidalar yoğun bağırsaq xərçənginin qarşısını alır

Selen tərkibli qidalar yoğun bağırsaq xərçənginin qarşısını alırSelenin xərçəng hüceyrələrində çox olması orqanizmin xərçəngə qarşı mübarizəsinin bir vasitəsi hesab edilir. Əldə edilən nəticə təsdiq edir ki, insan bədənində Selenin çoxluğu normal hüceyrələrin xərçəngə transformasiyanın qarşısını alır. Müəlliflər selen tərkibli qidaların prostat xərçəngində olduğu kimi yoğun bağırsaq xərçənginin də profilaktikasında əhəmiyyətli ola biləcıyini təklif edirlər. Layihə rəhbəri Yaqublu Vüqar öz müsahibəsində aşağıdakıları xüsusi vurğulayır: "Yoğun bağırsaq xərçəngi dünya üzrə dördüncü ən çox rast gəlinən və xərçəngdən ölümün 3-cü əsas səbəbi olan bir xəstəlikdir. Təəsüf ki, hər il dünyada 1,023,000 yeni xəstəyə yoğun bağırsaq xərçəngi diaqnozu qoyulur və 529,000 insan bu xəstəlikdən dünyasını dəyişir. Təbabət qarşısında duran əsas vəzifələrdən biri məhz yoğun bağırsaq xərçənginin profilaktikası və xəstəliyin ilkin mərhələlərində diaqnozun qoyulmasıdır. Amma təəsüf ki, yeni diaqnoz qoyulan xəstələrin  40-60%-ində artıq metastazlar, xüsusilə də qaraciyər metastazı mövcud olur. Artıq Avropa ölkələrində yoğun bağırsaq xərçənginin qarşısının alınması və erkən diaqnostikası sahəsəsində xüsusi protokollar istifadə edilir. Tətbiq edilən bu protokollar yoğun bağırsaq xərçəngindən olan ölüm faizini xeyli azaltmışdır. Bu protokolların ölkəmizdə də tətbiqinin zamanı gəlmişdir. Böyük bir kliniki material üzərində aparılan tədqiqatımız Selen tərkibli zülalların xərçəng əleyhinə rolunu üzə çıxarmışdır. Ümid edirik ki, insan orqanizmində Selen miqdarının yüksək tutulması yoğun bağırsaq xərçənginin profilaktikasında əsas vasitələrdən birinə çevriləcəkdir". Tədqiqat qrupunun üzvü Səbinə Babayeva (New York Tibb Kolleci) qeyd edir ki, Selenlə zəngin qidalanmanın xərçəng əleyhinə rolu təsdiq edilmiş və  inkişaf etmiş ölkələrdə selen tərkibli qidaların və əlavələrin profilaktik istifadəsi geniş yayılmışdır.  Son tədqiqatlar təsdiq edir ki, qanda selenin azlığı xərçəng və ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Selen artıq bir neçə ildir ki, Qərb ölkələrində prostat xərçənginin profilaktikası məqsədilə tövsiyyə edilir. Bizim tədqiqatlar da selenin yoğun bağırsaq xərçəngi əleyhinə istifadə edilə biləcəyini təsdiq edir. Abeerdin Universitetinin Qidalanma və Sağlamlıq üzrə Rotwett İnstitutu Selenlə zəngin olan qida maddələrinə fərqli çərəzləri, xüsusilə də Brazilya qozu, molyusk və balıqlar, qaraciyər, günəbaxan yağı, düyü, ikranı aid etmək olar. Bu qidaların qəbulu həm xərçəng əleyhinə, həm də bədənin immun gücünün artmasına xidmət edir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən canlı sonxeber.az cəbhədən görüntüleri