Şəmkirdə qadını qatar vurub öldürdü
Şəmkirdə qadını qatar vurub öldürdü
Şəmkirdə qatar qadını vurub.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisindən keçən Dəllər-Zəyəm mənzilinin 137-ci km-də qeydə alınıb.
Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Şərifova Xəyalə Zakir qızı qəflətən hərəkətdə olan elektrovozun yoluna çıxıb. Elektrovoz həyəcan siqnalı verməklə yanaşı, təcili tormozlama etsə də, məsafə az olduğu üçün qadını vurub.
X.Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Dursun Tağıyeva /oxu.az

Mənzildə kirayəçinin meyiti tapıldı
Xırdalanda fəhlə başına düşən yükdən öldü
Putindən dünyaya mesaj - "Mənimsəməyə davam edəcəyik"
Vens gələn ay Bakıya səfər edəcək
Tramp İlham Əliyevə təşəkkür etdi
Dəhşətli qəza: Ölən polkovnik nazirin qardaşı oğludur
"BakuBus"dan oğurluq - Həbs olundular
Musa Musayev Mədət Quliyevlə bağlı xəbərə belə REAKSİYA VERDİ
Günün qoroskopu: Aktivlik və hərəkət sizə enerji verəcək
Həmin uşaq xəstəxanaya, ana isə psixiatriya müəssisəsinə yerləşdirildi - Rəsmi
Prezidentin adından yayılan saxta məlumatla bağlı - "Meta"ya çağırış
Ceyhun Bayramov: Azərbaycan Respublikası İranda sabitliyə önəm verir
Əfqanıstanda üç gün ərzində yağan qar və leysan yağışlar 60-dan çox insanın həyatına son qoyub
Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib