SENSASİYA! ABŞ mövqeyini dəyişir? - Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK
ABŞ-ın yeni rəhbərliyi Rusiya ilə Ukrayna arasında davam edən müharibədə rəsmi Vaşinqtonun hansı mövqedə dayandığını ən yüksək səviyyədə bəyan edib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə Ukrayna üzrə sülh danışıqlarının gedişatını şərh edən dövlət katibi ölkəsinin bitərəf olmadığını açıq şəkildə bildirib.
KONKRET.az xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio Vaşinqtonun Kiyevi açıq şəkildə dəstəkləməkdə davam etdiyini vurğulayıb.
Xarici siyasət idarəsinin rəhbəri Rubio ABŞ-ın mövqeyini bu sözlərlə ifadə edib: "Gəlin yuxarıda deyilənləri nəzərə alaraq məsələyə aydınlıq gətirək: düzünü desək, biz bu müharibədə qərəzsiz, bitərəf vasitəçi deyilik.
Biz Rusiyaya silah tədarük etmirik, silahları yalnız Ukraynaya veririk. Biz Ukraynaya qarşı sanksiyalar tətbiq etmirik, sanksiyaları yalnız Rusiyaya qarşı tətbiq edirik. Beləliklə, biz bu münaqişədə açıq şəkildə tərəf seçmişik".
Bu bəyanat Ağ Evin Ukrayna böhranı ilə bağlı vasitəçilik missiyasına dair müzakirələrə son qoyaraq, ABŞ-ın Kiyevə hərbi və siyasi dəstəyinin davam edəcəyini rəsmən təsdiqləyib.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK